Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nazirlik qərar verdi: bu xəstəliklərin müalicəsi üçün...

Səhiyyə Nazirliyi “Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”nı genişləndirib.

Mynews.az-ın məlumatına görə, Səhiyyə Nazirliyi Kollegiyasının qərarı ilə “Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”na 2 yeni dərman adı əlavə edilib. Həmin dərmanlar Mestinon (beynəlxalq patenləşdirilmiş adı Pyridostigmine bromide) və Kalium xloriddir (beynəlxalq patenləşdirilmiş adı Potassium chloride 7,5%).

Bu əlavələr edildikdən sonra siyahıdakı dərman adlarının sayı 103-ə çatdırılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...