Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Evinizdə bunu etməsəz, daim xəstə OLACAQSIZ

Soyuqlar başlayanda evlərimizdə hava daha quru olur. Qış vaxtında havanın rütubəti 15% olur ki, bu da dünyanın bəzi səhralarından daha quru göstərici deməkdir. Şaxta havanın tərkibindəki nəmi özünə sovurur, otaqdakı istilik sistemləri isə bu effekti daha da gücləndirir. Soyuq havalarda otağı daimi olaraq havalandırmaq təkcə mənzilin havasını təravətləndirmək və içərini oksigenlə təmin etməklə bitmir, eyni zamanda təzadlı olsa da, otağın havasını daha da qurudur.

Havada yetərli rütubətin olmaması insanın immun sisteminə çox pis təsir göstərərək xroniki yorğunluq və müxtəlif patoloji problemlərə – pis yuxu, dərinin üst qatının quruması, əzginlik, baş ağrıları, xroniki xəstəliklərin kəskinlışməsinə səbəb olur.

Bəlkə də təəccüblü görünə bilər, amma quru hava tez-tez soyuqlamağa səbəb ola bilər. Çünki dəri və yumşaq əzələ toxuması müxtəlif xəstəliklərin dirçəlməsinin qarşısını almaqda təbii baryerdir. Dərinin eləcə də tənəffüs yollarındakı yumşaq əzələ təbəqəsinin quruması ilə onların qoruyucu funksiyası zəifləyir. Beləliklə də oraya infeksiyanın düşməsi təhlükəsini artırır.

İlk növbədə ən həssas və zərif olan orqan – göz belə problemlərin qarşısında aciz qalır. Quruyan göz qişası müxtəlif mikroblar axınında müdafiəsiz qaldığı üçün iltihablanır.

Quru havanın yaratdığı əlamətlər:

Dərinin quruluğu və qaşınması;

Gözdə yaranmış quruluq hissi;

Tez soyuqlama, qrip, öskürək;

Yuxu zamanı nəfəsalmada problem;

Burun qanaması;

Dərinin erkən qırışması;

Yuxubasma, əzginlik;

Davamlı olaraq bədəndə elektrikləşmə yaranması;

Eləcə də otaq bitkilərinin saralıb büzüşməsi, mebel və döşəmənin cırıltısının artması.

Bütün bunlarla ənənəvi, sınaqdan keçirilmiş üsullarla mübarizə aparmaq olar. Məsələn: istilik sistemlərinin qarşısına bir qab su qoymaqla, qaz plitəsinin üstündə ağzıaçıq qabda su qaynatmaqla, hamam otağının qapısını açıq saxlamaqla problemin qarşısını qismən almaq olar. Bundan başqa boş güldanların içinə su tökmək, otaqda akvarium qoymaq da mümkündür. Nəzərə alsaq ki, mənzilin rütubəti 60% olmalıdır, o zaman gün ərzində üç litrdən az olmamaqla su qaynatmaq lazımdır. Amma bu üsullardan bəziləri mənzilin təmirinin korlanmasına, pis qoxu yaranmasına səbəb olur. Unutmayaq ki, evdə özünü komfortlu hiss etmək də insan orqanizminə təsir göstərir. Ona görə də ən yaxşı və müasir üsul ultrasəsli nəmləndiricidən istifadə etməkdir. Onun işini hiqrometrlə (rütubət ölçən cihaz) tənzimləmək mümkündür. Unutmayın ki, mənzilinizdəki havanın keyfiyyəti sağlamlığınıza zəmanətdir.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...