Rüşvətdə ittiham olunan baş həkimin məhkəməsi başladı
Lənkəran Rayonlararası Onkoloji Dispanserinin rüşvət almaqda təqsirləndirilən baş həkimi Əli Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Mynews.az-ın xəbərinə görə, məhkəmədə Ə. Əliyevlə birlikdə həbs edilən daha yeddi nəfərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı oktyabrın 5-nə təyin edilib.
Baş hakimə qarşı Cinayət Məcəlləsinin 311.1. (Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də, xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması) və daha bir neçə maddə ilə cinayət işi açılıb.
Onunla birlikdə Dispanserin bir neçə həkimi də həbs edilib. Həbs edilənlərin sayı ümumilikdə səkkiz nəfərdir.
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 951 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 922 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 914 dəfə oxunub