Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycana “donuz qripi”nə qarşı peyvənd gətirilibmi? - AÇIQLAMA

Azərbaycana “donuz qripi”nə (H1N1 virusu) qarşı peyvənd gətirilməyib.

Səhiyyə Nazirliyindən Mynews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda mövsümi qripin səviyyəsi ötən illərlə müqayisədə çox aşağıdır:

“Ümumiyyətlə, “donuz qripi” vaksinasiyası yoxdur. Ümumi qrip vaksinasiyası var ki, o da Azərbaycanda planlı şəkildə həyata keçirilməyib”.

“Mövsümi qrip əleyhinə peyvənd var, istənilən vətəndaş özünü klinikalarda peyvənd etdirə bilər”, - deyə nazirlikdən qeyd edilib. 

Qeyd edək ki, bəzi saytlarda Azərbaycana “donuz qripi”nə (H1N1 virusu) qarşı peyvənd gətirilməsi barədə məlumat yayılıb. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...