Orqanizmi xərçəngdən qorumağın yolu tapıldı

Beynəlxalq alimlər qrupu xərçəng şişlərinə qarşı mübarizə zamanı “taqətdən düşən” T-hüceyrələrin təkrar aktivləşdirilməsi yolunu tapıb.
Mynews.az xəbər verir ki, bu barədə “MedicalXpress” nəşrində məlumat dərc olunub.
Məlum olduğu kimi, immun sisteminin xərçənglə mübarizənin öhdəsindən gələ bilməməsinin əsas səbəblərindən biri limfositlərin bədxassəli şişlərə hücumu zamanı enerjisini itirməsidir.
Bu ona görə baş verir ki, törəmələr qlükozanı daha effektiv şəkildə canına çəkir və beləcə, T-hüceyrələri qida mənbəyindən məhrum edir. İmmunitet bir müddət şişlə mübarizə aparsa da, sonradan onun inkişafına əngəl yarada bilmir.
Tədqiqatçılar müəyyən edib ki, limfositlərin taqətdən düşməsinə təsir göstərən əsas səbəb onda “enolaza 1” fermentinin miqdarının (həmin ferment qlükozanın oksidləşməsində mühüm rol oynayıb) aşağı düşməsidir.
Nəticədə, oksidləşdirici fosforlama templəri azalır. Qeyd olunan proses enerjinin ATF molekulu şəklində saxlanılmasına yol açır.
Bundan qaçmaq üçün alimlər hüceyrələri qlükozanın son məhsulu sayılan piruvatları boğmağa vadar edib. Bu, limfositlərin enerji qəbulunun çoxalmasına və beləcə, immun sisteminin xərçənglə mübarizədə aktivləşməsinə səbəb olub.
Əldə olunmuş nəticənin əsasında tədqiqatçılar nəzarət nöqtələrinin inhibitorlarından (immunitetin mübarizədə blokanmasının qarşısını alan maddələr) ibarət pereparat hazırlayıb.
Sınaq heyvanları üzərində aparılan təcrübədə şişli ocaqların inkişafının ləngiməsi və limfositlərin aktivləşməsi müşahidə olunub. Gələcəkdə insanlar üzərində klinik sınaqların aparılacağı istisna edilmir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Vidadi İskəndərlinin barəmdə dedikləri şər, böhtan və qərəzdir - VİDEO 971 dəfə oxunub
- Ayaqları tutulan Ağakərimin son görüntüləri 932 dəfə oxunub
- Bakıda avtobus "Toyota" ilə toqquşdu - YARALI VAR 925 dəfə oxunub
- “Celentano Tribute Show” Bakıya sürprizlə gəlir - VİDEO - FOTOLAR 925 dəfə oxunub
- Daha 200 nəfərin saxta əlilliyi ləğv edildi - - Pulları geri qaytaracaqlar 923 dəfə oxunub