“Koronavirusun yeni növü qorxulu deyil” - AÇIQLAMA

“Böyük Britaniyada müşahidə olunan, mutasiyaya uğramış yeni koronavirus xüsusi virus deyil”.
“İnterfax” agentliyi xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Fundamental və Tərcümə Tibb Tədqiqat Mərkəzinin yoluxucu xəstəliklər eksperimental modelləşdirmə və patogenezi şöbəsinin müdiri Aleksandr Şestopalov məlumat yayıb.
Mütəxəssis qeyd edib ki, virus mutasiya etməyə davam edir, lakin onun patogenliyi böyük dəyişikliklərə məruz qalmır.
“Virus hər zaman yüksək sürətlə mutasiyaya uğrayır. İndi onun ingilis variantı aşkar edilib, ondan əvvəl Danimarka variantı aşkar edilmişdi, lakin ümumilikdə onun doğurmuş olduğu xəstəlik ölüm sayını dəyişmir, 1-3 faiz aralığında qalır”, - deyə A.Şestopalov vurğulayıb.
Mütəxəssisin fikrincə, virusun yeni variantının dominant ola biləcəyini söyləmək hələ tezdir, bununla belə, SARS-CoV-2 tədqiqatı davam etdirilməlidir.
Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Boris Conson Birləşmiş Krallıqda müşahidə olunan, mutasiyaya uğramış yeni koronavirus növünün 70 faizə qədər daha yoluxucu olduğu söyləmişdi.
Sağlamlıq
- Azərbaycanda daha 13 nəfər koronavirusdan öldü - 118 yeni yoluxma - FOTO
- Azərbaycanda koronavirusa yoluxanların sayı bu gün də azaldı
- Azərbaycanda koronavirusla bağlı şad xəbər: Yoluxma xeyli azaldı
- Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı açıqlandı
- Azərbaycanda koronavirusdan ölənlərin sayı rekord həddə çatdı
- TƏBİB-dən qurumun paketləri ilə satışa çıxarılan koronavirus dərmanları ilə bağlı RƏSMİ AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Qanla yazılan şanlı tarix - VİDEO 1004 dəfə oxunub
- 20 Yanvar günü Bakıda havaya fişəng atan şəxs saxlanıldı 989 dəfə oxunub
- Xınalığa gedən yol buz bağladı 986 dəfə oxunub
- Azərbaycanda məktəblər bu tarixdə açılır - RƏSMİ 985 dəfə oxunub
- Qar Ağsu dolarlarında hərəkəti çətinləşdirdi - RƏSMİ 982 dəfə oxunub