Azərbaycanda daha bir dərmanın istifadəsi qadağan olundu
Azərbaycanda daha bir dərmanın istifadəsi qadağan olunub.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən My-a verilən məlumata görə, 2660720 və 2130221 seriya ilə buraxılmış "Lozap®” ticari adlı dərman vasitəsitələri geri çağırılıb.
Bildirilib ki, "Sanofi” şirkəti tərəfindən hal-hazırda davam edən tədqiqatlara əsasən "Lozap®” ticari adlı losartan potassium - 50 mg tərkibli örtüklü tabletlər №30 (3x10) blisterdə, karton qutu qablaşdırmada, 2660720 seriyalı, son istifadə tarixi 1/6/2022 olan və 2130221 seriyalı, son istifadə tarixi 1/1/2023 olan dərman vasitələrinin tərkibində azid qatışıqlarının yol verilən gündəlik maksimum limitdən çox olması ehtimal edilir.
Bu ehtimalı nəzərə alaraq, 2660720 seriya ilə buraxılmış son istifadə tarixi 1/6/2022 olan və 2130221 seriya ilə buraxılmış son istifadə tarixi 1/1/2023 olan "Lozap®” ticari adlı dərman vasitəsitələri geri çağırılması qərarı qəbul olunub və ölkəyə idxalı, ölkədə topdan və pərakəndə satışı dayandırılıb.
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 988 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 952 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 942 dəfə oxunub