Azərbaycanda "Omikron" ştammı aşkarlandı - Karantin sərtləşdirilə bilər

Azərbaycanda ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12-də SARS-CoV-2 21K Omicron variantı aşkarlanıb.
Bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydıqları məlumatda qeyd olunur.
"Omikron" ştammına yoluxanların olması ölkədə karantin tədbirlərinin yenidən sərtləşdirilə biləcəyini gündəmə gətirib. Məsələ ilə bağlı BAKU.WS-ə açıqlama verən həkim, tibb elmləri doktoru Adil Qeybulla bildirib ki, vəziyyət pisləşərsə, karantin yenidən sərtləşdirilə bilər:
"Azərbaycanda "Omikron" ştammına yoluxanların sayı ilə bağlı reallığı birmənalı demək çətindir. Qonşu ölkələrdə xəstə sayı bu qədər çoxdursa, Azərbaycanda da olması tam real və məntiqlidir.
Hazırkı dönəmdə biz karantin tədbirlərini gözləməliyik, vaksinasiyanı intensivləşdirməliyik, mümkün qədər təmasları azaltmalıyıq ki, yoluxma sayı az olsun.
Fikrimcə, hazırda xüsusi sərtləşdirməyə ehtiyac yoxdur. Təbii ki, "Omikron" ştammı sayəsində həddən artıq xəstə sayı artarsa, xəstəxanalara yerləşdirilənlərin sayı çoxalarsa, epidemioloji vəziyyət pisləşərsə, vacib qərar verilə və karantin sərtləşdirilə bilər".
Sağlamlıq
- Azərbaycanda “Meymun çiçəyi” virusuna yoluxan var? - AÇIQLAMA
- Zəncəfilin faydaları nələrdir?
- Omikron ştammı necə aşkarlanır? - RƏSMİ CAVAB
- Azərbaycanda "Omikron" ştammı aşkarlandı - Karantin sərtləşdirilə bilər
- Azərbaycanda daha bir dərmanın istifadəsi qadağan olundu
- “Peyvənd sertifikatı”nın müddəti nə qədərdir? - 3-cü doza vurulmasa, sənəd qüvvədən düşür?
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Əhalinin banklara kredit borcu ARTIB 1045 dəfə oxunub
- Telefonların qeydiyyat rüsumu ləğv edilib? - AÇIQLAMA 1045 dəfə oxunub
- Azərbaycanda qadın müəllim yanıb öldü - ŞOK TƏFƏRRÜAT 940 dəfə oxunub