Təzyiqi dərmansız salmaq üçün - 3 SADƏ ÜSUL
Arterial təzyiqin daim yüksək olması orqanizmdə bir çox orqan və sistemlərə (ürək-damar sistemi, böyrəklər, gözlər və s.) ciddi ziyan vurur, insult və infarktın inkişafına səbəb olur.
Bu səbəbdən insan təzyiqinə daim nəzarət etməli və təzyiqi normada saxlamağa çalışmalıdır. Adətən təzyiqi normada saxlamaq üçün xüsusi dərman preparatları istifadə olunur. Lakin mütəxəssislər sübut edir ki, bəzi çox sadə qaydalara riayət etməklə təzyiqi dərmansız da tənzimləmək mümkündür.
Bu üsullar arasında:
- Arıqlamaq. Bədən çəkisinin hətta 1 kq azalması təzyiqin azalmasına kömək edir.
- Duzun qəbulunu azaltmaq. Duz insan orqanizmi üçün çox vacibdir və duzdan tam imtina etmək olmaz. Son araşdırmalar aşkar edib ki, duzdan tam imtina hətta insanın ölümünə səbəb ola bilər. Lakin həddindən artıq miqdarda duzun qəbulu orqanizmdə mayenin çıxmasına mane olur ki, nəticədə orqanizmdə mayenin həcmi artır. Bu isə təzyiqin artmasına səbəb olur.
- İdmanla məşğul olmaq. Mütəxəssislər sübut edir ki, həftədə 5 dəfə 30 dəqiqə ərzində bədən tərbiyəsi ilə və hətta tez yerişlə məşğul olan insanın təzyiqi 10 mm.c.st. düşür (saglamolun.az).
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 947 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 919 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 911 dəfə oxunub