Gözün buynuz qişasının Azərbaycana idxalına icazə veriləcək
Azərbaycana gözün buynuz qişasının idxalına icazə veriləcək.
Mynews.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bu, bu gün Milli Məclisin Səhiyyə Komitəsində müzakirəyə çıxarılan və Milli Məclisə tövsiyə edilən "Mülki dövriyyəsinə yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik barədə layihədə əksini tapıb.
Layihəyə əsasən, gözün buynuz qişası Mülki dövriyyəsinə yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısında yer almayacaq.
Komitədə "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik barədə layihə də müzakirəyə çıxarılıb.
Layihədə bu siyahıya gözün buynuz qişasının daxil edilməsi nəzərdə tutulur.
Başqa sözlə, gözün buynuz qişası xüsusi icazə əsasında Azərbaycana idxal olunacaq.
Hər iki layihə Mili Məclisə tövsiyə edilib.
Loading...
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 926 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 907 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 598 dəfə oxunub
loading...