Ağ ciyərlər haqqında bunu bilirdiz?
ABŞ-ın San-Fransisko Universitetinin tədqiqatçıları ağ ciyərlərin əvvəl açılmayan funksiyasını aşkarlayıblar.
Mynews.az AzərTac-a istinadən xəbər verir ki, ağ ciyərlər qan istehsalında mühüm rol oynayır. Belə ki, onlar dövriyyədə olan qan trombositlərinin yarıdan çoxunu istehsal edirlər.
Əvvəllər qan istehsalı yalnız sümük iliyi ilə bağlı idi. Alimlər ağ ciyərlərdə dolaşan meqakariositləri (trombositləri istehsal edən hüceyrə) daha əvvəl kəşf etsələr də, bunu sümük iliyi ilə əlaqələndirirdilər. Möcüzəli kəşf canlı siçanın ağ ciyərində videomikroskopiya təcrübəsi aparılmaqla aşkarlanıb. Yeni cihaz vasitəsilə ağ ciyərlərdə dövr edən trombositlərlə immun sistemi arasında bağlılığın olduğu öyrənilib. Real zaman ərzində siçanın trombositlərini izləmək üçün onun geninə yaşıl flüoressensiya zülalı (GFP) vurulub. Müşahidə əsnasında aşkar olunub ki, meqakariositlər trombosit istehsal etmək üçün sümük iliyindən ağ ciyərlərə qədər yol keçir. Nəticədə ağ ciyərlərin saatda 10 milyondan çox trombosit istehsal etdiyi üzə çıxıb.
Araşdırma zamanı, həmçinin ağ ciyər toxumalarının kənarında əvvəllər gizli olan qanın kök hüceyrələrinin və meqakariositlərin əcdad hüceyrələrinin böyük miqdarı aşkarlanıb.
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 954 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 926 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 916 dəfə oxunub