Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dünyada ilk ağciyər köçürülməsi həyata keçirilib

Kanadalı həkimlər dünyada ilk dəfə ağciyərini zədələyən ağır xəstəlikdən əziyyət çəkən pasiyent üzərində unikal cərrahiyyə əməliyyatı aparıblar.

Mynews.az Axar.az-a istinadən xəbər verir ki, infeksiyanın öhdəsindən gələ bilməyən və donor orqan tapmayan həkimlər radikal addım ataraq, xəstənin zədələnmiş ağciyərinı tamamilə kəsib götürmək qərarına gəliblər.

Otuz iki yaşlı qadın 6 gün süni koma vəziyyətində olub. Bu müddət ərzində onun ağciyəri funksiyasını qanı oksigenlə zənginləşdirən və karbonu kənarlaşdıran texnika yerinə yetirib. Sonra donor orqan tapılıb və həkimlər uğurlu transplantasiya əməliyyatı aparıblar.

Hazırda pasiyent sağalmaq üzrədir. Onu daha bir köçürülmə əməliyyatı gözləyir, çünki xəstəlik böyrəklərini də sıradan çıxarıb. Amma bu dəfə donor tez tapılıb və bir neçə aydan sonra əməliyyat aparmaq planlaşdırılıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...