Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hamiləlik zamanı bu dərmanların qəbulu təhlükəli ola bilər

Steroid hormonlara aid olan progesteron həm kişi, həm də qadın orqanizmində sintez olunur.
Progesteron qadınlarda menstrual dövrünə, hamiləliyin saxlanılmasına və dölün inkişafına çox böyük təsir edir. Bu səbəbdən qadında progesteronun səviyyəsi normada olmadıqda, bu menstrual dövrünün pozulmasına, sonsuzluğa, hamiləliyin inkişafdan qalmasına və s. bu kimi pozulmalara səbəb olur.
 
Məhz bu səbəbdən hamiləlik zamanı hamiləliyin saxlanılması, uşaqsalmanın və vaxtından əvvəl doğuşun riskinin azalması üçün bəzən qadınlara həb və ya şam şəklində progesteron təyin olunur.
Eurek Alert xəbər verir ki, hamiləlik zamanı əlavə progesteron alan qadınların uşaqları arasında xüsusi araşdırma aparılıb.
 
Araşdırmanın nəticələri mütəxəssisləri düşünməyə vadar edib. Məlum olub ki, hamiləlik zamanı progesteronun qəbulu doğulan uşaqların seksuallığına ciddi təsir edir, onların homoseksual əlaqələrə daha meylli edir. Araşdırma göstərib ki, iştirakçılarn 1/4 hissəsində 25 yaşa qədər homoseksual əlaqələri  olub.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...