Qəbizlikdən əziyyət çəkənlər oxusun! - SADƏ VASİTƏ
Qəbizlik ən yayılmış pozulmalardan biridir. Lakin buna baxmayaraq bir çox insanlar qəbizliyin əslində nə olduğunu bilmir.
Qəbizlik diaqnozu o zaman qoyula bilər ki, defekasiya müntəzəm olmur, defekasiya aktı zamanı insan çox gücənməli olur və nəcis kütləsi quru, "qoyun qığı" şəklində olur. Əgər insan 2-3 gündən bir defekasiya edirsa, lakin bu zaman heç bir çətinlik çəkmir, gücənmir və nəcis kütləsi yumşaqdırsa, bu qəbizlik sayıla bilməz.
Mynews.az saglamolun.az-a istinadən bildirir ki, əksər hallarda qəbizliyin səbəbi hər hansı xəstəlik deyil, düzgün olmayan qidalanma və maye qəbulu, nəcisi saxlamaq vərdişi, xroniki stress və s. olur. Qəbizliklə mütləq mübarizə aparmaq lazımdır. Qəbizlik orqanizmin intoksikasiyasına səbəb olur, xroniki qəbizlik babasil, duz bağırsağı xərçənginin riskini artırır.
Funksional qəbizlikdən azad olmaq üçün qidalanmada lifli qidaların (meyvə, tərəvəz, göyərti, paxla) miqdarını artırmaq, gün ərzində 1,5-2 l təmiz su içmək, hərəkətli olmaq lazımdır. Əksər hallarda bu sadə qaydalar qəbizliklə mübarizə etməyə kömək edir.
Sadə massaj da bu vəziyyətdə çox yaxşı kömək edə bilər. Bunun üçün bel üstə uzanın, ayaqlarınızı dizlərdə qatlayın. Əvvəl yüngül hərəkətlərlə qarnınızı sığallayın ki, dəri bir qədər isinsin. Daha sonra qarnınızı müxtəlif istiqamətlərdə yaxşı-yaxşı "əzin" (ağrı olmamalıdır). Bu bağırsaqları hərəkət etdirir. Ən axırda qarnınızı dairəvi hərəkətlərlə saat əqrəbi istiqamətində massaj edin.
Belə massajı səhər oyandıqdan dərhal sonra edin. Massajdan sonra 1 stəkan otaq temperaturunda olan adi su için və 30-40 dəqiqədən sonra səhər yeməyi yeyin.
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 576 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 565 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 560 dəfə oxunub