Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tez yağlanan saçlar üçün - MASKA

Saçınızın tez-tez yağlanmasından şikayətçisinizsə, problemdən bu üsulla xilas ola biləcəksiniz.

Təbii mənşəli bitkilərlə hazırlayacağınız bu maska saç dəriniz və saçlarınız üçün əvəzsiz vasitədir. Maskanı hazırlamaq üçün 10 qram cökə çiçəyi, bir ədəd limon, bir şorba qaşığı alma sirkəsi, bir litr suya ehtiyacınız var. Bir litr suya cökə çiçəyini, sürtgəcdən keçirilmiş limonun qabığını əlavə edin. Çay kimi 10 dəqiqə dəmləyin. Süzüb, alma sirkəsi əlavə edin. Bu qarışım ilə saç diblərini isladıb, gözləyin. Sonra yaxlaya bilərsiniz. Yağlı saçlardan xilas olmaq üçün istiotlu qidalardan uzaq durmalısınız. Alma sirkəsi saçlar üçün faydalıdır. Həmçinin, 4 ədəd yumurtanı saçlara masaj edərək sürtün. Bu şəkildə 15 dəqiqə gözləyin. Sonra yaxşıca yaxalayın.

Saçların yağlanmasının qarşısını necə alaq?

Saç dəriniz və saç tellərinİzdə bir çox təbii yağ var. Hətta, saç dəriniz hər gün 2-4 qram arası yağ (sebum) hazırlayır. Bu miqdar ½ çay qaşığı günəbaxan yağına bərabərdir. Saç dərinizin hər gün istehsal etdiyi yağ miqdarını dəyişdirə bilməsəniz də, ona nəzarət edə bilərsiniz. Məsələn, saçı təbii tüklü saç fırçası ilə daramaq saç dərisində yığılan yağı təmizləyir, yağı bərabər şəkildə saç uclarına doğru dağıdır. Bu da kökləri yağlı, ucu quru saçların əmələ gəlməsinin qarşısını alır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...