Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Saç analizi əsasında xəstəliklərin diaqnostikasının yeni metodikası yaradılıb

Tomsk Dövlət Universitetinin alimləri insan sağlamlığının vəziyyəti və xəstəliklərə qarşı meyili haqqında məlumat verən saçın kimyəvi analizinin yeni metodunu yaradıblar.

Mynews.az-ın məlumatına görə, AZƏRTAC “tass.ru” saytına istinadla xəbər verir ki, saçın spektral analizi üsulu insan orqanizmində həyati əhəmiyyətli mikroelementlərin konsentrasiyasını müəyyənləşdirməyə imkan verir. Onların disbalansı uzun müddət gizli davam edən müxtəlif xəstəliklərin inkişafına səbəb olur. Qeyd olunan metod eyni zamanda 30 kimyəvi elementin konsentrasiyasını müəyyənləşdirməyə imkan verir.

Yeni üsul artıq səmərəliliyini göstərib. Belə ki, alimlər işemik insult keçirmiş pasiyentlərin saçının analizini apararaq qanın element tərkibinin dəyişdiyini, toksik elementlər olan kadmium və qurğuşunun konsentrasiyasının artmasını, sinkin konsentrasiyasının azalmasını aşkarlayıblar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...