Prezident xərçəngin dərmanını Azərbaycanda - TAPDI
"Rosnefteqaz" şirkəti müalicəvi neftin hasilatı üzərində işləyir.
APA xəbər verir ki, bunu "Rusiyanın regionları" jurnalına müsahibəsində "Rosnefteqaz" dövlət korporasiyasının prezidenti Oleq Sitnikov bildirib.
"Əvvəllər bu cür neft yalnız Azərbaycanda (Naftalanda - red.) var idi. Həmin neftlə insanlar müalicə olunurdu. Hətta kurortlar da var idi, xaricilər də tez-tez ora müalicə üçün səfər edirdilər. Biz Nesterovla (akademik İvan Nesterov - red.) ora getmişdik. Məlum oldu ki, Azərbaycanda bu cür neftin hasilatı yox səviyyəsindədir. Buna baxmayaraq, biz həmin neftin tərkibi barədə məlumat topladıq. Ardınca Yamal neft yatağında bununla bağlı eksperimentlər həyata keçirdik. İnanın ki, bizim neft Azərbaycan məhsulundan heç də geri qalmır! Ardınca bir neçə tibbi tədqiqat apardıq və məlum oldu ki, neft həqiqətən də müalicəvidir. Məhz bundan sonra biz Seçenov adına institutla müqavilə imzaladıq və neftin tərkibinin detallı şəkildə öyrənilməsinə başlanıldı. Burada da özünəməxsus bürokratiya var: neftin insanlara müalicəvi məhsul formasında çatdırılması üçün 10 il tələb olunur. Bunun hesabına, yəni idxal etmədən biz insanlarımızı müalicə edə bilərik. Lakin bu layihənin reallaşdırılması üçün prezidentin (Vladimir Putinin - red.)göstərişi lazımdır. Bilirik ki, onun şəxsi iştirakı olmadan bizdə heç nə işləmir", - O. Sitnikov bildirib.
Korporasiyanın prezidenti iddia edir ki, bu cür neftlə xərçəngə də qalib gəlmək olar: "Sadə dillə izah etsək, xərçəng şişi cütü olmayan elektronların hesabına böyüyür. Həmin neftdə də cütü olmayan elektronlar mövcuddur. Bu elektronlar cütləşsə, müalicə mümkündür".
Sağlamlıq
- Yaya qədər arıqlamağın ən asan yolu
- Koronavirus ömrü qısaldır - ARAŞDIRMA
- Qızılca ilə bağlı vəziyyət stabildir - TƏBİB
- Qızılca ilə bağlı xəbərdarlıq - Bu şəxslər ağır keçirir, ölümlə nəticələnir
- Məktəblərdə qızılcaya qarşı hansı tədbirlər görülür? - Nazirlikdən açıqlama
- Azərbaycanın bu rayonunda qızılca xəstəliyi yayılıb - Xəstəxanaya 60-a yaxın müraciət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 969 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 934 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 925 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 924 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 922 dəfə oxunub