Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Saqqız çeynəməklə xərcəng olub-olmadığını biləcəksən

ABŞ-da xərçəngin diaqnostikası üçün saqqız istehsal ediləcək.
"Volatile Analysis" şirkəti bu iş üçün hərəkətə keçib.

Alimlərin fikrinə görə, saqqız şişlər tərəfindən ifraz edilən uçan birləşmələri analiz edəcək. Saqqızı çeynəyən zaman ağızdakı şirədə olan birləşmələr saqqıza reaksiya göstərəcək. Saqqızın tərkibində olan kimyəvi birləşmə hesabına orqanizmdə olan xərçəng xəstəliyi müəyyənləşdiriləcək.

Alimlər bildirir ki, müxtəlif orqanların şişləri müxtəlif birləşmələr ifraz edirlər. Saqqızın köməyi ilə xəstənin əziyyət çəkdiyi xərçəngin növünü də müəyyən etmək mümkün olacaq.

Hələlik alimlər layihə üzərində işləyirlər. Şirkətin fikrinə görə, həkimlər və xəstələr bu saqqızdan qan və sidik analizi əvəzinə istifadə edə biləcəklər.

ölkə.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...