Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda hemofiliya xəstəliyinin əsas səbəbi qohum nikahlarıdır

“Əgər dünyada 60 hemofiliyalı qadın xəstə varsa, onların 6-sı Azərbaycanda qeydiyyatdadır. Bu da ölkəmizdə qohumların nikahının çox yayılması ilə əlaqədardır”.

Mynews.az APA-ya istinadən xəbər verir ki, bunu Elmi-Praktiki Hemofiliya Mərkəzinin rəhbəri Elmira Qədimova deyib.

Hemofiliyanın ağır irsi qan azlığı xəstəliyinin olduğunu söyləyən E.Qədimova bildirib ki, hemofiliyalı xəstələr əsasən oğlan uşaqları olur: 

“Analar bu xəstəliyi uşaqlarına ötürür. Amma elə bir genetik variantlar var ki, qız uşaqları da hemofiliyalı xəstə ola bilər. Hər il Azərbaycanda 50-60 hemofiliyalı xəstə qeydiyyata götürülür. Onların təxminən 25%-ə yaxınını 1-15 yaşlı uşaqlar təşkil edir”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...