Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Min dərdin dərmanı "paltar sabunu" - Faydalarına inanmayacaqsınız...

Bir zamanlar paltar sabunu heç bir evdən əksik olmazdı. Xanımlar bu vasitədən yalnız paltar yumaq üçün deyil, bir çox problemlərin həllində istifadə edirdilər. Sizə bu sabunun faydalarını sadalasaq, inanırıq ki, indi də evinizdə bu sabundan olacaq.

Mynews.az min dərdin dərmanı paltar sabununun faydalarını təqdim edir:

1. Əgər uzun, sıx saçlara sahib olmaq və yaxud kəpəkdən xilas olmaq istəyirsinizsə, “paltar sabunu”ndan təsirli vasitə tapmaq qeyri-mümkündür. Əvvəlcə şampundan istifadə edin, sonra saçlarınıza sabun vurun. Saçınızı yuyun və son olaraq 1-2 çay qaşığı üzüm sirkəsi qatılmış su ilə yaxalayın. Bu üsul həm də yağlı saçları olan insanlar üçün faydalıdır.

2. Epilyasiyadan sonra dərinizdə səpkilərin əmələ gəlməməsi üçün dərhal həmin yerə “paltar sabunu” sürtün.

3. Soyuqdəymənin ilk əlamətlərini hiss edərkən bu sabunu çox az həddə əridib, suya qatın. Pambıqdan düzəldilmiş tampona batırıb, burun dəliklərinə yerləşdirin.

4. Heç olmasa həftədə 2 dəfə bu sabunla yuyunun. Bu dərinizin cavan qalmasına yardım edəcək. Yuyunduqdan sonra üzünüzə uşaq kremi vurun. Belə yuyunmaların effekti əvəzolunmazdır.

5. Bu vasitə həm də göbələk xəstəliklərinin qarşısını tamamilə alır. Zədələnmiş yeri sabuna batırılmış diş fırçası ilə yaxşı-yaxşı təmizləyin, daha sonra həmin yeri yodlayın.

6. İrinlənmiş yerə yatmazdan əvvəl 1:1 nisbətində süzgəcdən keçirilmiş soğan, paltar sabunu və şəkər tozunu qarışdırıb, maz şəklinə salıb sürtürsünüz.

7. Şişın yatması üçün, eləcə də göyərmiş yerlərinizə bu sabundan hazırlanmış məhlul sürtün. Bu prosesi gündə 2 dəfə etmək məsləhətdir.

8. Diş fırçanızı bu sabunla yuyun və bir qat sabun üzərində qalmaq şərti ilə gecədən səhərədək saxlayın. O bütün mikrobları məhv edəcək.

9. Dabanın çatlamış yerinə 2 litr qaynar suya 1 çay qaşığı soda və 1 xörək qaşığı süzgəcdən keçirilmiş paltar sabununu qarışdırıb “vanna” edirsiniz.

10. Günəşdən yanan dərinizə “paltar sabunu” sürtün və qurumağını gözləyin. Bu dərinin yandığı yeri bərpa edəcək və uçuqlamasına imkan verməyəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...