Atadan oğluna ürəkdağlayan məktub - “Səni söydüm, döydüm, təhqir etdim” - VİDEO
106.3 FM-nin efirində yayımlanan "Bumeranq" səhər şousunun "Əvvala salam" rubrikasında bu dəfə atanın oğluna yazdığı məktub oxunub.
“Oğlum, qulaq as! Mən bu sözləri sən yatanda dilimə gətirirəm. Sənin balaca əlin yanağının altında qalıb, qıvrım sarışın saçların isə tərləmiş alnına yapışıb. Mən gizlincə sənin otağına gəlmişəm. Bir neçə dəqiqə bundan qabaq kitabxanada oturmuşdum. Dərin təəssüf hissi keçirirdim. Böyük günah hissi keçirərək, sənin çarpayına yaxınlaşıram. Oğlum, yenə pis əhval-ruhiyyəmin əvəzini səndən çıxdım. Sən məktəbə getməyə hazırlaşarkən, yaş dəsmalla üzünü sildiyin üçün səni söydüm. Çəkmələrini təmizləmədiyin üçün səni danladım. Patarını yerə atdığın üçün sənə bağırdım. Səhər yeməyi zamanı səni danlamaq üçün bəhanə axtarırdım. Çayı dağıtma, yeməyi ağzına böyük tikəylə qoyma, dirsəklərini masanın üzərindən çək, çörəyin üzərinə yağı çox yaxma deyərək səni tənqid etdim.
Sonda mən qatara tələsirdim. Sən mənə “ata, sağ ol” dedin. Mən isə qaşlarımı çatıb, “çiyinlərini dik tut, boynunu əymə!” deyə yenə sənin üstünə qışqırdım. Günün sonunda hər şey yenidən təkrarlandı. Mən səni dostlarının yanında pərt etdim. “Corabların çox bahadır. Özün pul qazansaydın, onların dəyərini bilərdin” deyərək səni acıladım. Yadındadı, sən kitabxanaya daxil oldun. Mən hirsli-hirsli qəzet oxuyurdum və başımı qaldırıb "nə istəyirsən" deyə soruşdum. Sən isə heç bir söz demədən gəlib boynuma sarıldın. Sənə olan böyük sevgini hiss etdim.
Allah sənin ürəyini elə böyük sevgiylə doldurub ki, mənim sənə olan qəzəbim belə bu sevgini yox edə bilmir. Məhz bu hərəkətlərindən sonra qəzet əlimdən yerə düşdü. Məni dəhşət bürüdü. Ürəkbulandırıcı qorxu hissi keçirdim. Mənim vərdişim qorxunc bir insana çevirmişdi məni. Demək olmaz ki, səni istəmirəm. Sadəcə mənim səndən böyük gözləntilərim var. Mən gecə sənin otağına gəlmişəm, utanaraq qarşında diz çökmüş vəziyyətdə səhvimi etiraf edirəm. Bilirəm ki, bu sözləri sənə oyaq olanda desəm, anlamayacaqsan. Əgər mənim ürəyimdən bir də sənə qarşı acıqlı söz demək keçərsə, mən öncə o sadəcə balaca oğlandır deyərək, bu qəzəbimi susduracam. Bağışla oğlum, mən səndən çox şey gözləmişəm”.
Qeyd edək ki, məktub Livinqston Larnedə məxsusdur.
Maraqlı
- İbrahim Tatlısəs toyunda qızına görün nə hədiyyə etdi
- Bu tərəvəzdə koronavirusa qarşı maddə tapıldı - Virusun yayılmasının qarşısını alır
- Hansı qan qrupundan olanla evlənsəniz oğlunuz və ya qızınız olar? - MÜTƏXƏSSİS RƏYİ
- Autizmin əsas əlamətləri hansılardır? - AÇIQLAMA
- Cənubi Azərbaycanlıların Vətən sevgisi - VİDEO
- Həkim məsləhəti - Karantin zamanı tez-tez cinsi əlaqədə olun
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1113 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1100 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1100 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1097 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 994 dəfə oxunub