Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qadınlar polislə davaya çıxdı: - "Əcəb edib lüt gəzirik" - VİDEO

"Sizin bizə nə isə deməyə əsla ixtiyarınız yoxdur! Burada necə istəyiriksə, elə davrana bilərik. Hətta lap lüt də gəzərik! Çəkilin qarşımızdan! Əl çəkin bizdən!"

Çimərlikdə qurşaqdan yuxarı çılpaq olan üç qadın polislərlə mübahisə edirdi. Onları əvvəlcə üç polis əməkdaşı sakitləşdirməyə çalışırdılarsa, bir qədər sonra hadisə yerinə daha 12 polis gəldi.

Olay Argentinanın paytaxtı Buenos-Ayresin yaxınlığındakı Nekoçea çimərliyində yaşanıb.

Üç qadın çimərlikdə qurşaqdan yuxarı çılpaq, topless vəziyyətdə özlərini günə verirdi. Çimərlikdə olanlar bu durumdan narahat olublar. Xüsusilə də ailəli dincələnlər hiddətləniblər və bu biabırçı vəziyyətə son qoymaq üçün polis çağırıblar.

Polis əməkdaşları hadisə yerinə gələndə qalmaqal yaşanıb. Çünki topless dincələn qadınlar geyinmək istəməyiblər. Əksinə, onlar qışqır-bağır salıblar, polisin üzərinə hücuma keçiblər.

Qalmaqal başlanıb, mübahisə böyüyüb. Polislərin səbr kasası daşıb və onlar qadınları zorla çimərlikdən çıxarıblar.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...