Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Həyatımızı tamamilə dəyişə biləcək 7 texnoloji yenilik - FOTOLAR

Geridə qoyduğumuz illərdə ağıllı telefonlar, yüksək texnoloji cihazlar və s. kimi böyük texnoloji kəşflərin həyatımıza necə inteqrasiya etməsinin şahidi olduq. Amma bu hələ başlanğıcdır..

Yaxında hər gün  inkişaf etməkdə olan texnoloji yeniliklər vasitasilə yaranan cihazlar, qurğular, avadanlıqlar, hansı ki, insanı filmlərdə belə heyrətrətləndirir həyatımızı köklü şəkildə dəyişəcək. 

1. Nəqliyyatda diqqət tələb etməyəcək sürücüsüz maşınlar

Bu gün getmək istədiyimiz hər yerə GPS və xəritələrə güvənərək gedirik. Ancaq yaxın gələcəkdə avtomobilləri özümüz idarə etmək məcburiyyətində qalmayacağıq. Google və Tesla kimi şirkətlər sürücüsüz maşınları qısa zamanda istifadəyə vermək üçün dayanmadan çalışırlar.

2. Okeanın digər tərəfinə 2-3 saata çatmağı təmin edən raket sürətli “supersonik” təyyarələr

Saatlarla sürən uçuşlar insanı çox yorur və illərdir bu sahədə heç bir kəşf, irəliləyiş olmayıb. Bu məqsədlə də "Virgin Group"un qurucusu Riçard Branson, 7 saat sürən Nyu York-London uçuşunu 3,5 saata endirə biləcək “supersonik” təyyarələr üçün yatırımlar edib.

 

3. Fiziki məhdudiyyətləri olan insanlar üçün bio-texnologiya

Beyin siqnalları vasitəsilə idarə edilən bioloji əllər... Bu alətlər vasitəsilə barmaqları olmayan insanlar funksional əllərə sahib ola bilər. Üstəlik yalnız beyin siqnalları vasitəsilə idarə olunduğundan heç bir cərrahi əməliyyata ehtiyac duyulmur. 

4. Sizi anlayan, dərdinizi dinləyən “chat-bot”lar və söhbət edə bilən robotlar

Gündəlik yaşamınızda maşınlarla, robotlarla danışmağa yavaş-yavaş adət etsəniz yaxşı olar. Çünki onlar gələcəkdə problemlərinizin həllini tapmaqda kömək olacaq ilk sistemlər olacaq.

5. Ekransız ekranlar.. 

Ekranlar sahəsindəki texnoloji yeniliklər hər gün yeni mərhələyə qədəm qoymaqdadır. Araşdırmaçıların yeni hədəfi isə çərçivəsiz monitorlar istehsal etmək və ekranları sərhədsizləşdirməkdir.

6. Süni işıqlarla meyve-tərəvəzlər yetişdirən coxmərtəbəli tarlalar

Gələcəkdə dünyanın ən böyük problemlərindən birinin torpaq qıtlığı olması ehtimal olunur. "Pink Farms" adlı bu kəşf sayəsində çoxmərtəbəli bu “tarla”da süni işıqlar və lazımi münbit şərait vasitəsilə ehtiyac duyulan məhsullar əlavə kimyəvi maddələr olmadan yetişdirilə biləcək. 

7. Sadəcə evinizi yox, bütün həyatınızı idarə edə biləcəyiniz əşyaların interneti

Yeni nəsil texnologiyaları hər gün bir az daha inkişaf edir. Bütün elektron avadanlıqları bir yerə toplayan bu yenilik vasitəsilə sizə sahib olduğunuz əşyaların hər birini eyni aparat vasitəsilə idarə etmək şansı veriləcək.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...