Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yapon qadınlarının incəlik sirrləri - FOTOLAR

Yapon qadınların incə qalma sirləri məlum olub.

30 yaşlı yapon xanımın 18 yaşındakı kimi görsənməsi ilk növbədə qidalanma rejimindən asılıdır.

Yüksək kaloridən uzaq olan yapon xörəkləri əsasən dəniz məhsullarından ibarət olur. Yaponlar balıq, dəniz yosunu, səbzə, soya, meyvə və yaşıl çaydan bol şəkildə istifadə edir.

Yaponlar üçün meyvələrin təzə və mövsümə uyğun olması əsas şərt sayılır. “Fast food” yeməkləri isə yaponlara yad sayılır. Onlar qışda ət, balıq və müxtəlif şorbalar, yayda isə soyuq halda şorbalar, dəniz məhsulları və salatdan bol şəkildə istifadə edir.

Yaponlar xörəkləri az yağla buxarda bişirməyə üstünlük verir. Bu yolla qidalar öz təbii tərkibini saxlayır. Əksər xörəklərdə adi su əvəzinə səbzə suyu istifadə edilir.

Yaponların yemək yeməyi xüsusi mərasim sayılır. Onlar yeməkləri ehmalca, kiçik boşqablarda yeyir. Ehmalca yemək isə qidanı parçalayaraq, həzmetməni asanlaşdırır. Yaponlar hər yemək üçün fərqli boşqab istifadə edir.

Onlar çörək əvəzinə duz və yağsız halda bişirilən düyüdən istifadə edir. Yaponlar səhər yeməyinə xüsusi önəm verir. Səhər yeməyində balıq, omlet, şorba, dəniz yosunu və yaşıl çay istifadə olunur.

Yaponlar şirniyyatdan məhdud şəkildə istifadə edir. Çox az növü olan şirniyyatlar az yağlı və az şəkərli olur. Yaponiyada şirniyyat kimi əsasən düyü unundan hazırlanan dondurmalar yeyilir.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...