Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dişini velosiped, maşın və kəlbətinlə çıxardılar - VİDEO

Ceyson Sedlerin dediklərinə görə, onlar "min əziyyət bahasına" Dezi ağrılardan xilas ediblər.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay İngiltərənin Lids şəhərində yaşanıb.

Dezin ağrıyan dişinə möhkəm plastik ip keçirilib, sonra o ip velosipedə bağlanıb. Dezin dostlarından biri velosipedi sürətlə sürüb, ip dartılıb, amma diş çıxmayıb.

Belədə dişi maşınla çıxarmaq qərarına gəliblər. İp maşının arxasına bağlanıb, maşına qaz verilib. Amma diş yenə çıxmayıb.

Dezin dostları naçar qalaraq dişi kəlbətinlə çıxarmaq qərarına gəliblər.

28 yaşlı Ceyson Sadler kəlbətinlə dişi tutub, dartıb və çıxarıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...