Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dəbin çılğın nümunələri - hələ beləsini görməmişdiniz - FOTOLAR

Moda indiyədək insanları öz arxasınca kölgə kimi süründürüb. Hərdən dəbə elə yeniliklər gətirilir ki, təəccüblənməmək mümkün deyil. Yəni hər adamın belə dəbli paltar və aksessuarları qarderobuna əlavə etməyə cəsarəti çatmaz.

Mynews.az dəbin yeni və çılğın nümunələrini təqdim edir:

1. Cırıq şalvar vardı, indi də cırıq idman ayaqqabıları dəbə mindi. Daha köhnə ayaqqabıları atmayacaqsınız.

2. Corab basanoşka. Bu ayaqqabını təkcə yayda deyil, bütün fəsillərdə geyinmək olar. Amma diqqətli olun, sonra sizi qış çəkməsi ala bilməyən səfil hesab etməsinlər.

3. Adyal çanta – beləsini mağazalarda görmüşük. Amma nə ağlımıza gələrdi ki, bir gün adyal çantasını qolumuza taxıb şəhəri gəzəcəyik?

4. Tərs çevrilmiş cins. Lap yaxşı, nə vaxtsa düz üzünə də çevirib geyərsiz, gec xarab olar.

5. Arxası açıq cins. Daha doğrusu, bu cinsi təsvir eləməyə uyğun, ədəbli söz tapmaq mümkün deyil. Maraqlıdır, bunu kim geyinib şəhərdə rahat gəzə biləcək?

6. Çirkli cins. Daha şalvar yumağa ehtiyac qalmayacaq. Üstü palçıqlı, çirkli cinslərlə küçələri sərbəst dolaşa bilərsiniz.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...