Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Allah insandan neməti, yalnız günaha görə geri alır

"(Müşriklər üçün olan) bu (əzablar), ona görədir ki: Allah (Öz ənənəvi qanunlarına əsasən) bir qövmə verdiyi neməti onlar özlərində olanı (saleh halları) dəyişməyincə dəyişdirmir (onlardan almır). (Məkkə əhalisinin rifah halı İslamdan sonra pisliyə və çətinliyə doğru dəyişdi, çünki onlar öz adi hallarını Peyğəmbərlə mübarizə və inad etmək istiqamətində dəyişdirdilər.) Şübhəsiz, Allah eşidən və biləndir". ("Ənfal" 53).

Mynews.az deyerler.org-a istinadən bildirir ki, Allahın tarix boyu millətlər üçün üç qanunu olmuşdur:
1. Allah maddi və mənəvi nemətlərini bütün millətlərə verər. Çünki, rəhməti ümumidir və bütün insanlara şamil olar.
2. Əgər millət bu nemətlərdən təkamülü üçün istifadə edərsə və bu nemətlərə görə şükür edərsə, həmin nemətlər qalıcı olar və artar.
3. Əgər bu nemətlər millətin itaətsizliyinə və üsyanına səbəb olarsa, Allah onu geri alar və ya bəla nazil edər.
Ona görə də deyə bilərik ki, insan taleyini özü öz əməlləri ilə dəyişdirir. Əxlaqı, əməlləri, fikir və düşüncələri onun malik olduğu nemətlərinə təsir qoyar. Əgər insan əlində olan nemətlərlə özünü inkişaf etdirərsə, izzət və əzəmətə çatar. Əgər süstlük və itaətsizlik edərsə, zəif və zəlil olar.
İmam Sadiq (ə) buyurur: "Allah bəndəsinə bəxş etdiyi neməti almaz, məgər o halda ki, günah edər və ona xatir nemətdən məhrum olmağa layiqli olar".
Bu mübarək ayədən çıxardığımız nəticələr:
1. Nemətin aradan getməsi və dəyişməsi bizim əməllərimiz sayəsində olar.
2. Bir millətin zəlil olmasının səbəbini daxilində baş verən mənfi dəyişikliklərdə axtarın.
3. Millətin taleyi öz əlindədir, xoşbəxt və bədbəxt olması daxili dəyişikliklərdən asılıdır.
4. Allah hər kəsin əməlindən agahdır. Əgər mənfi rəftarlar görərsə, nemətlərini dəyişdirər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...