Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yanıq sinəsi ilə uşağını əmizdirən FƏDAKAR ANA - " GÖZƏL UŞAQLARIM ÜÇÜN... " -FOTOLAR

ABŞ-da 34 yaşlı bir ana, illər əvvəl keçirdiyi qəza nəticəsində bütün bədənini örtən yanıqlarına baxmayaraq digər analara ümid vermək üçün uşağını çətində olsa əmizdirməkdən çəkinmir. 

 ABŞ-ın Miçiqan əyalətində yaşayan Samica Stevensonun bədəni, hələ iki yaşında ikən yanğın nəticəsində həyatı boyu daşıyacağı yaralar ilə örtülüb. Stevenson, 20 yaşında ilk dəfə ana olan zaman əzab çəkəcəyini bildiyi üçün 1-ci uşağını əmizdirməkdən imtina edir. 

Ancaq illər sonra yenidən  ana olan qadın , yaralarına görə nə qədər əzab çəksə də,  uşağını əmizdirməyə qərar verir.

" Bütün analar övladlarını ana südü ilə bəsləməlidir. İnsanların qüsurlarına görə demək olar ki, intiharın həddinə gəlməsinə çox təəssüf edirəm. Təbii ki, özümə inamımı bir gecədə əldə etməmişəm, amma indi buna sahib olduğum üçün çox xoşbəxtəm. Həyatım və gözəl uşaqlarım üçün hər gün Allaha şükr edirəm..."

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...