Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda doğulan əkiz və üçəmlərin sayı açıqlandı

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 34 967, təxminən gündə 389 doğulmuş körpə qeydə alınıb.

Mynews.az Report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən açıqlanan rəqəmlərə görə, bu göstərici əhalinin hər 1000 nəfərinə14,6 təşkil edib.

Doğulan körpələrin 626-sı əkiz, 15-i üçəmdir.

Doğum səviyyəsi əsasən Lənkəran (17,9), Aran (16,3), Dağlıq Şirvan (16,2), Quba-Xaçmaz (15,2) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,3 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 111 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...