Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Müəllim şagirdlərlə salamlaşdı, ölkədə məşhurlaşdı - VİDEO

"Şagirdlərimin məktəbi, dərs oxumağını, təhsil və tədris prosesini sevməsini istəyirəm. Uşaqlar məktəbə sevinərək gəlməlidirlər və buradakı hər gün əvvəlkidən fərqlənməlidir. Pedaqogiyanın kanonlarını, tələb və qaydalarını bilirəm. Amma tədris prosesini bir qədər maraqlı, müəllimlə şagird arasındakı münasibətləri daha səmimi etmək istəyirəm".

ABŞ-ın Şimali Karolina ştatındakı Eşli Park şəhərində yerləşən "Ashley Park Elementary School" məktəbinin ingilis dili müəllimi Barri Uayt belə deyir.

Milli.Az ABC-yə istinadən bildirir ki, Barri Uayt indi ölkənin ən məşhur adamlarından birinə dönüb. Səbəb isə onun dərs dediyi sinifdəki şagirdləri hər gün, dərslər başlamazdan əvvəl sinif otağının qapısı önündə özünəməxsus şəkildə salamlamasıdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...