Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bu görüntülər fikirlərinizi alt-üst edəcək - Telefon nömrələri, sevgi etirafları, hətta əxlaqsız sözlər... - VİDEO

Məktəb təhsil və ən əsası da təlim-tərbiyə ocağıdır. Lakin Sabirabadın Qarağac kənd tam orta məktəbindəki mənzərəni görəndə bu fikirlər alt-üst olur. Çünki, bu təhsil müəssisəsinin divarlarında hər cür əxlaqsız sözü görmək mümkündür.

Telefon nömrələri, sevgi etirafları, hətta bir sıra əxlaqsız sözlər...

Bu yazılar hər hansı bir küçənin yox, təhsil və təlim-tərbiyə ocağı məktəbin divarlarına həkk olunub. Görüntülər Sabirabad rayon Qarağac kənd tam orta məktəbindəndir. Kənd sakini, Musa Ramazanov həmin məktəbin 9-cu sinfində təhsil alan qızını imtahana apararkən bu xoşagəlməz mənzərə ilə üzləşib.

Ədəbsiz sözlər həm məktəbin çöl divarlarına, həm də koridorlara yazılıb. Sinif otaqlarındakı partaların üzəri də divarlardan fərqlənmir. Valideyn deyir ki, şagirdlərin bu cür sözləri oxuması onların təlim-tərbiyəsinə mənfi təsir bağışlaya bilər.

Məsələ ilə Qarağac kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Oqtay İsmayılov bildirdi ki, əvvəllər bu cür hal yaşanmayıb. Orada sınaq imtahanları keçirildiyindən qonşu kənd məktəblərindən də xeyli şagird gəlib. Çox güman ki, həmin yazılar da məhz o şagirdlər tərəfindən yazılıb.

Yazıların günün sonuna kimi silinəcəyi bildirilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...