Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Facebook”da yemək sifarişi

“Facebook” sosial şəbəkəsinin amerikalı istifadəçiləri xüsusi proqram əlavəsinin köməyi ilə hazır yemək sifarişi etmək imkanı əldə ediblər.

Mynews.az İKT.lent.az-a istinadən xəbərinə görə, bu barədə “Techcrunch” portalı məlumat yayıb.
 
İstifadəçilər sifarişləri “Facebook”da yaradılan “Order Food” əlavəsi vasitəsilə “Delivery Club” və “Slice” kimi xidmətlərin köməyi ilə qeydiyyatdan keçirə bilərlər. Yemək sifarişi üçün naviqasiya panelinə üzərində burger şəkli olan düymə də əlavə edilib.
 
Hələlik bu funksiyanı ancaq ABŞ sakinləri sınaqdan keçirə bilərlər. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...