Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Çimərlik paltarı geyinən İLK XANIM - tarixdə ad qoymuş qadınlar - FOTOLAR

Müasir dünya qadınları üçün təhsil, karyera, yeniliklər əlçatan olsa da, əvvəlki dövrlərin qadınları bunu yalnız xəyal edə bilərdilər. Amma aralarında yaşadığı zamanı qabaqlamış, cəsarətli, istedadlı qadınlar da var ki, onlar dünyanın tarixini yaxşılığa doğru dəyişməyi bacarıblar.

Publika.az tarixdə ad qoymuş qadınları diqqətinizə çatdırır:

Mariya Küri – fizik, kimyaçı, pedaqoq və ictimai xadim. Əri ilə birlikdə bir çox kəşflərə imza atıb. İki dəfə Nobel mükafatı alıb.

Valentina Tereşkova – sovet kosmonavtı. Dünyanın ilk qadın kosmonavtı, texnika elmləri üzrə professor.

Ameliya Erxart – Atlantik okeanı keçən ilk qadın pilot. Uçuşları haqqında bir neçə bestsellerə imza atıb. “99” adlı qadın pilotlar təşkilatını yaradaraq, onun ilk prezidenti olub.

Komako Kimura – Yaponiyada qadınların səsverməsinə cəhd edib nail olan qadın.

Mod Vaqner – dünyada ilk qadın tatu ustası. İlk tatularını 1907-ci ildə çəkib.

Sofiya İoneski – dünya üzrə ilk qadın neyrocərrah.

Annet Kellerman – qadınların çimərlik paltarı geyinməsinə nail olmuş qadın. 1907-ci ildə çəkdirdiyi bu şəkildən sonra həbs edilib.

Gertruda Kerolayn Ederle – 1926-cı ildə La Manş boğazını üzüb keçən qadın.

Sarla Takral – Hindistanın ilk qadın pilotu.

Eliza Zimfereski – Dünyada ilk qadın mühəndis.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...