Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bütün dünya bu inəkdən danışır - “Facebook” səhifəsi də var

Həmin inəyin xüsusi "Facebook” səhifəsi də var.

Hollandiyadakı fermalardan birində yaşayan məşhur alman inəyi Sitje, UEFA Avropa liqasının finalında sabah üz-üzə gələcək "Ayaks” və "Mançester Yunayted” oyunu ilə bağlı proqnoz verib. İnək finalı kimin qazanacağını bildirib.

Sputnik Azərbaycan "The Sun” qəzetinə istinadən xəbər verir ki, inəyin sahibi, hər iki klubun loqolarının olduğu, içərisi yemək dolu iki vedrəni inəyə göstərib. İnək tərəddüd etmədən "Ayaks” loqosunun olduğu vedrəni seçib. Sitje adı verilən inək daha əvvəl Niderlanddakı parlament seçkilərində hansı partiyanın qalib gələcəyini də bildirmişdi. Hətta maraqlısı odur ki, bu inəyin xüsusi "facebook” səhifəsi də var. Hollandiyalılar həmin səhifədən mərc oyunları kimi istifadə edir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...