Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bir qadının sizdən xoşu gəldiyini anlamağın - 10 yolu - VİDEO

Adətən bir qız münasibətə başlamaq üçün hissləri barədə danışmağı xoşlamırsa, o zaman onun həqiqətən nə hiss etdiyini təxmin etmək çətin olur. Kiminləsə tanış olmaq və yaxud sizin qızı harasa dəvət etməniz bu hallarda həddən artıq əsəb gərginliyinə səbəb ola bilər. Xoşbəxtlikdən, qızlar maraqlandıqları oğlanlara müəyyən işarələr ötürmək üçün vücud dilindən çox istifadə edirlər. Qıza necə yaxınlaşmağı öyrəndikdən, onun xoşlandığı işarələri bildikdən sonra siz arzuladığınız qızın qəlbini fəth edə bilərsiniz:

O saçına toxunur.  Hələ də təhtəlşür hesab olunan çox yayılmış işarə budur ki,  əgər qız davamlı olaraq saçına toxunursa, deməli sizə cilvə verir. Bu fakt doğrudur. Qızlar xoşlandıqları oğlanlarla danışarkən daha cazibədar və eyni zamanda daha çox xanımsayaq görünmək üçün saçlarını qeyri-ixtiyari dalğalandırır və yaxud əli ilə onu qarışdırır.

O sizin söylədiyiniz hər bir sözü dinləyir. Qızlar həm fiziki və həm də emosional səviyyələrdə əlaqə qurmağı xoşlayırlar. Beləliklə, əgər o sizə şəxsi suallar verməkdə davam edərsə və həqiqətən də söylədiyiniz hər şeyə diqqət yetirirsə, əmin ola bilərsiniz ki,  o,  həqiqətən də ümumilikdə sizi daha yaxşı tanımaqda maraqlıdır.

O öz telefon nömrəsini sizə təklif edir. Əgər qız sizdən xoşlanırsa, o zaman özünü sizin üçün əlçatan edəcək. O sizə nə zaman sərbəst, boş olduğu barədə  eyhamlar edəcək və həm də sizi nə zamansa yenidən görmək istədiyini söyləyəcək. Təəssüf ki, qızların əksəriyyəti oğlanları görüşə dəvət etməyi xoşlamırlar. Beləliklə də əgər hansısa bir qız sizinlə münasibət qurmaq istəyirsə, sizi görüşməyə dəvət  etmək əvəzinə əbədi olaraq gözləyə bilər ki, siz ona yaxınlaşasınız və ilk addımı atasınız. 

O göz təması qurur. Güclü göz təması qızın sizdən xoşlandığını göstərən daha bir güclü əlamətdir. Əgər siz danışarkən o dərin-dərin sizin gözlərinizə baxırsa, bu adətən o deməkdir ki, o daha dərin səviyyədə münasibət qurmaq və sizə yaxın olmaq istəyir.

O sizin yanınızda dayanır. Qızlar xoşlandıqları oğlanlara yaxın dayanmaq istəyirlər, çünki belə etməklə bu onlara rahatlıq və xoşbəxtlik hissi verir. Əgər qız sizin yanınızda dayanırsa,  bu ümumiyyətlə o mənanı verir ki, o özünü sizin yanınızda əmin və təhlükəsiz hiss edir. Bu şübhəsiz ki onun sizə vurulmağını göstərən güclü işarədir, çünki adətən qızlar ümumiyyətlə maraqlanmadıqları oğlanlar ilə özləri arasında bir qədər məsafə saxlayırlar.

O sizə toxunmaq üçün səbəb tapacaqdır. Qızlar qarşı cinsə olan sevgi və maraqlarını onların əllərinə və qollarına toxunmaqla göstərməyi xoşlayırlar.  Beləliklə də, əgər o sizin qolunuza çox toxunursa, o zaman əmin ola bilərsiniz ki, sizinlə maraqlanır.

O, sizi qıcıqlandırır. Cilvə vermək həmişə fiziki şəkildə olmamalıdır, bura qızın sizinlə ünsiyyət qurmaq üçün istifadə etdiyi sözlər və üsul da daxil edilə bilər. Faktiki olaraq, əgər qız hər zaman sizi qıcıqlandırmaqla güldürməyə çalışırsa və sizinlə ünsiyyət qurmaq üçün ciddi-cəhdlə səy göstərirsə, artıq bu qızın sizdən xoşlandığını göstərən ən bariz işarələrdən biridir.

O söhbətə birinci başlayır. Hansısa bir tanımadığı adama yaxınlaşan qadın az-az olur. Əgər o, bunu edirsə, deməli ya çox ünsiyyətcildir, yaxud da sizinlə maraqlanır. Əgər qadın sizə “məncə sizi hardasa görmüşəm” ifadəsi ilə yaxınlaşırsa, bu, yaxınlıq üçün yaxşı işarədir. Əgər o, cavabı hə və ya yoxdan daha artıq olan açıq suallar verirsə, bu artıq ona işarədir ki, o sizinlə söhbəti uzatmaq istəyir. Burda qızıl qayda ondan ibarətdir ki, hər-hansı bir qadın istənilən bir səbəbdən sizə yaxınlaşanda bunu maraqlandığı üçün etdiyindən əmin olun (eqo üçün yaxşıdır) və onu qıcıqlandıraraq və güldürərək söhbəti davam etdirin, tezliklə elə vəziyyət yaranacaq ki, sanki siz onu uzun müddətdir tanıyırsınız. Bu rahatlıq sizdən ona da keçir və o sizi görmək ehtiyacını hiss edir (burda artıq sizin Facebook hesabınız oyuna daxil olur!..).

O, sizin zarafatlarınızı sevir (yaxud tez-tez gülür). Söhbət zamanı çoxlu gülən və yaxud sizin zarafatlarınıza gülən qadın belə bir əlaməti ifadə edir ki, o sizinlə birlikdə olmağı çox xoşlayır!

O, sizin diqqətinizi cəlb etməyə çalışır. Əgər qadın yanınızdan keçərkən sizi süzürsə və gülümsəyirsə, və bunu edərkən tualetə gedəndə yavaş hərəkət edərək uzun bir yol keçirsə, ola bilsin ki o sizin onu görməyinizi istəyir. Öz yolu ilə gedərkən bir neçə dəfə təkrar sizin yanınızdan keçərsə, o sizə diqqətinizi cəlb etmək istədiyini hiss etməyinizə şərait yaradır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...