Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

17 ildən sonra altı əkiz doğdu - FOTOLAR

ABŞ-ın Virciniya ştatında Nigeriya mənşəli ata və ana eyni vaxtda 6 uşağın sahibi olublar.

Mynews.az xarici KİV-ə istinadən xəbər verir ki, uşaqlar mayın 11-də qeysəriyyə əməliyyatının köməyi ilə dünyaya gəliblər.

Uşaqlardan üçü qız, üçü oğlandır. Valideynlər uşaq sahibi olmaq üçün düz 17 il gözləməli olublar.

Uşaqların dünyaya gətirilməsinə xəstəxananın 40 əməkdaşından ibarət komanda kömək edib. Uşaqların çəkisi 700 qramdan 1,3 kiloqrama qədər dəyişir. Onların hamısı sağlamdır. Ana və uşaqlar artıq evə buraxılıb.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...