Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

12 il əvvəl Harvarddan imtina etdi - İndi isə fəlsəfə doktoru oldu

Feysbuk sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq Harvard universitetindən getdikdən 12 il sonra elmi dərəcə alıb.

Mynews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Zukerberq Feysbuk hesabında yazıb.

“Ana, mən həmişə sənə deyirdim ki, bir gün Harvard Universitetinə qayıdacağam və öz elmi dərəcəmi alacağam”, -deyə o, yazıb.

Universitetin saytında qeyd olunur ki, Zukerberq hüquq üzrə fəlsəfə doktoru olub.

Mark Zukerberq Harvard Universitetinin psixologiya fakültəsinə 2002-ci ildə qəbul olub. 2004-cü ildə o, dostları Kris Hyuz və Dastin Moskoviçlə birlikdə Feysbuk sosial şəbəkəsini yaradıb. Zukerberq ikinci kursu bitirdikdən sonra sosial şəbəkənin inkişafına daha çox vaxt ayırmaq üçün təhsilini yarıda saxlayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...