Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mark ilk sosial şəbəkəsini 10 yaşında yaradıbmış

"Facebook" sosial şəbəkəsinin banisi Mark Zukerberqin uşaqlığı ilə bağlı maraqlı fakt üzə çıxıb.

 Markın özünün ilk sosial şəbəkəsini 10 yaşında qurduğu üzə çıxıb.

Mynews.az lent.az-a istinadən xəbər verir ki, həmin vaxt Nyu-Yorkda yaşayan Mark "ZuckNet" adlanan bu şəbəkədən evlərinin ikinci mərtəbəsində olan atası və bacısı ilə ünsiyyət məqsədilə istifadə edib. Daha sonra stomatoloji klinikada çalışan atası müştərilərlə ünsiyyət, onlardan sifariş qəbul etmək və onlara məsləhətlər vermək üçün "ZuckNet"dən yararlanıb.
 
Mark Zukerberq deyib ki, "ZuckNet" "Facebook"un qaralama variantı olmaqla onu yeni tərtibatlara ruhlandırıb. Bu iki layihə arasındakı aralıq mərhələ isə "AOL Instant Messenger" olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...