Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İnsan əti yeməyə məcbur olsaydıq nə baş verərdi? - MARAQLI

Yalnız insan əti ilə qidalanmaq məcburiyyətində qalacağınızı heç xəyal etmisinizmi?

Kimsəsiz bir adaya düşsəydiniz və tək variantınız insan əti yemək olsaydı, nə edərdiniz?   

Düzdür, Afrikada bəzi qəbilələr hələ də insan əti yemək ənənəsini davam etdirirlər. Ancaq bunu bəzi Afrika tayfalarına xas geridəqalmış bir hal kimi xarakterizə edirik.  

Biz təbiətdə öz cinsindən olanla qidalanma halları ilə tez-tez qarşılaşırıq. Məsələn, həşəratlar, ilbizlər və amfibiyalar, bəzi hörümçək növləri öz balalarını yeyir. Məməlilərdə isə bu hal əsasən ekoloji stress qaynaqları səbəbindən ortaya çıxar. Məsələn,  dovşanlar ətrafındakı streslərə balalarını yeyərək reaksiya verirlər.     İnsanlarda isə vəziyyət digər məməlilərə nisətən fərqlidir. Elə ki, insanlarda bu hal bir çox cəhətdən parçalanır. Fransız alimləri 100 min illik neandartal sümüklərində insan əti yeməyin izlərini tapıblar. Bir qrup insanın digər insanların beyin və sümük iliyini çıxararaq yedikləri aşkar edilib.

20-ci əsrdə belə tibbi olaraq bir insanın digər bir insanın qanını içərək bəzi xəstəliklərdən xilas olacağı inamı mövcuddur. Güya bu üsul qan yolu ilə keçən xəstəliklərin qarşısını alır. Ancaq bunun da arxasında, insan bədənində olan prion adlı zülalın yaratdığı təhlükə durur.      

Qeyd edək ki, insan orqanizmi tam bir qırmızı ət anbarıdır. Sadəcə ayaqlarımız 10.000 kalori dəyərindədir. Bu vəziyyət bütün insan bədənində 81.000 kalorinin olduğunu diqqətə çatdırır. İnsan ətində isə prion adlı protein növü var. Bu zülal digər zülallarla qarşılıqlı əlaqəyə girərək onları özünə çevirir və bir sıra zəncirvari reaksiya ilə digər zülal strukturunu da pozur. Prion xəstəliyi beyində eyniylə aşsüzəndə olduğu kimi dəliklər əmələ gəlməsinə yol açır.  

1950-ci illərdə Afrikada insan əti yeyən bir qəbilədə "Quru" adlı gülüş xəstəliyi müşahidə edən elm adamları bunun səbəbinin insan əti yeməkdən qaynaqlanan bir prion xəstəliyi olduğunu sübut edib. Bu xəstəlik qəbilə üzvlərinin birdən-birə gülməyə başlaması və sonunda qusa-qusa ölməsi ilə nəticələnirdi.      

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...