Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mən nə üçün oruc tutmalıyam? - 7 səbəb

1 – Çünki bu, mənim Yaradanımın mənə yönəli buyuruşudur. O, məni mənim özümdən yaxşı tanıyır və mənim yalnız xeyrimi istəyir.

2 – Çünki bu, məni daha sağlam edir. Oruc mənim orqanizmimin yenilənməsinə səbəb olur və həyat resurslarını səfərbər edir.

3 – Çünki, oruc mənim orqanizmimi təravətləndirir. Gün ərzində bədəninim həzm prosesindən tam dincəlməsi orqanizmin fizioloji matrisasının tam bərpasına xidmət edir.

4 – Çünki, oruc mənim iradəmi möhkəmləndirir. Mən, heç kəsin görmədiyi və bilmədiyi bir şəraitdə belə, digər vaxtlarda mənə halal olan nemətlərdən könüllü və şüurlu olaraq imtina edirəm.

5 – Çünki, oruc məni daha mərhəmətli olmağa sövq edir. Mən imkansızların halını duymağa başlayıram – o kəslərin ki, yemək istəyirlər, amma yeməyə imkanları yoxdur.

6 – Çünki, oruc mənim psixoloji yenilənməyimə xidmət edir. Mənim dayanmağa, düşünməyə, ötüb keçmişləri və gələcəyi yenidən dəyərləndirməyə imkanım olur.

7 – Çünki, oruc məni başlıca məramıma – kamil insan olmaq məqamına yaxınlaşdırır. Zira, oruc – vücudi intibahın ən mühüm elementlərindəndir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...