Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı alpinist tarixə düşdü - İlk dəfə

Dünyanın 8 min metrdən yüksək olan 14 zirvəsini fəth edən təbrizli alpinist Əzim Qeyçisaz İrana qayıdıb.

Mynews.az axar.az-a istinadən xəbər verir ki, onu Tehran hava limanında azərbaycanlılar, Təbriz bələdiyyə sədri və Təbriz Şəhər Şurasının sədri qarşılayıb.

Dünya şöhrətli alpinist böyük uğurlara imza ataraq, vətənə qayıdan zaman İran İdman və Gənclər Nazirliyi və digər rəsmilər onu qarşılamaq üçün hava limanına getməyib, onun qarşılanması üçün rəsmi mərasim də təşkil edilməyib. Ona bu laqeyd münasibət azərbaycanlılar tərəfindən narazılıqla qarşılanıb.

Əzim Qeyçisaz 14 zirvəni fəth edən ilk İran vətəndaşıdır.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...