Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ağlagəlməz SEKS QANUNLARI: hakim yanında cinsi əlaqə, əlillərə pulsuz, əsgərlərə isə...

Əsrlər boyu kilsə və ya dövlətin hakim qüvvələri insanların məhrəm düşüncələrini belə nəzarətdə saxlamaq, bu yolla cəmiyyəti istədikləri kimi idarə etmək istəyiblər. Bu, bəzən cəmiyyətin yaxşılığına yönəlsə də, bəzən gülünc qadağalarla tarixə düşüb.

Bunlardan bəzilərini diqqətinizə çatdırırıq:

Hitlerin üfürülmüş seks oyuncaqları

II Dünya Müharibəsi illərində sifilis xəstəliyi əvvəlki illərlə müqayisədə xeyli dərəcədə artmışdı. Bu, xüsusən də orduya olduqca ziyan vururdu. Fiziki ehtiyaclarını yalnız fahişələr vasitəsilə təmin edən əsgərlər bir-birinin ardınca qırılırdılar. İşi belə görən Adolf Hitler danimarkalı həkim-konstruktor Olen Hannusenə üfürülmə "qadın"lar yaratmağı tapşırdı. Fürer məhz alman əsgərinə lazım olan hava ilə dolu "qadın"ları belə təsvir etmişdi: boyu 176 sm-lik, iri sinəli, gözəl qızlar mütləq sarışın və mavigözlü olmalıydılar.

Kişilik sınağı

Orta əsrlərdə Fransada qəribə məhkəmə qaydası icra olunurdu. Qadınlar ərlərini impotentlikdə ittiham edirdilərsə, məhkəməyə bunun doğru olub-olmadığını əyani sübut etməliydilər. Yəni kişi məhkəmənin önündə cinsiyyət orqanının ereksiyasını nümayiş etdirməli və masturbasiya vasitəsilə eyakulyasiyanı göstərməliydi. Bəzən həyəcandan özünü sübut edə bilməyən kişilərə ikinci şans verilirdi. Bu zaman isə ər və arvad məhkəmənin gözünün qarşısındaca sekslə məşğul olmalıydılar. Əgər məhkəmə qane olsa, cütlük boşanmırdı.

Əlillərə seksual qayğı

"De Vallen" - Amsterdamın Qırmızı Fənər küçəsinin ən məşhur məhəllələrindən biridir. Bura hər il minlərlə turist gələrək seksual xidmətlərdən istifadə edirlər. Ekzotik hisslər sorağında olan insanlar arasında əlbəttə ki, fiziki məhdudiyyətli olanlar da var. Belə turistlərin pulunu isə Niderland hökuməti özü fahişələrə ödəyir ki, onlar da sağlam həmcinsləri kimi çəkinmədən həzz ala bilsinlər. Bununla bağlı Niderland büdcəsində uyğun müddəa da var. Bu praktika Almaniya və İsveçrədə də geniş yayılıb.

Maqdalina sığınacaqları

Tarix boyu əxlaq uğrunda yuxarı dairələrin mübarizəsi çox vaxt qeyri-insani hal alıb. Orta əsrlərdə əxlaqsız qadınlar yandırılırdısa, Avropada XVIII əsrin sonlarından ta XX əsrin sonlarına qədər pozğun qızlar xüsusi sığınacaqlarda işgəncələrə məruz qalırdı. Maqdalina monastırlarında belə qızların başı keçəl qırxılır, ən ağır işlərə göndərilir, saatlarla ayaq üstə, ac-susuz saxlanılırdı. Bəzən qızlarından şübhələnən valideynlər özləri uşaqlarına bu sığınacaqlara gətiridilər. 12-13 yaşlı uşaqlar olmazın əzablarına düçar olurdular. Daha yetkin qızların sinələri çubuğla döyülürdü ki, onlarda seksuallıq baş qaldırmasın. Təsəvvür edin, İrlandiyada Maqdalina sığınacaqları 1996-cı ilə qədər fəaliyyət göstərirdi. 2013-cü ildə isə İrlandiya hökuməti sığınacaqlarda zülm çəkmiş qızlardan və ya artıq dünyasını dəyişmiş qızların yaxınlarından üzr istəmişdi.

(publika.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...