Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Feysbukda layk etdiyi üçün 4,1 min dollar cərimələndi

İnanılmaz görünən bu qəribə məhkəmə prosesi İsveçrədə keçirilib. Vətəndaş feysbukda statusu layk etdiyi üçün məhkəmə qarşısına çıxardılıb.

45 yaşlı İsveçrə sakini sosial şəbəkədə "Heyvanların Müdafiəsi üzrə Assosiasiya"nın rəhbəri Ervin Kessleri irqçilikdə və antisemitizmdə ittiham edən statusu bəyənib.

Buna cavab olaraq Kessler status sahibləri ilə yanaşı, bu paylaşımı layk edən vətəndaşları da məhkəməyə verib. Onun sözlərinə görə, həmin şəxslər bu ittihamı şəbəkədə oturan geniş kütlənin görməsinə səbəb olub.

Sürixdə məhkəməyə çıxarılan adı açıqlanmayan 45 yaşlı vətəndaş 4 min frank (4,1 min dollar) məbləğində cərimə ödəməyə məcbur edilib.

1998-ci ildə Kessler özü alman nasistləri ilə yəhudi ənənələrini kobud şəkildə müqayisə etdiyi üçün 

həbs olunmuşdu. Bu hadisə İsveçrə tarixində bir ilkdir.(publika.az)

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...