Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Misir Fironları Qafqazdan gedibmiş - ŞOK ARAŞDIRMA...

 "Komsomolskaya pravda" nəşrinə istinadən xəbər verir ki, Almaniyanın Maks Pank institunun və Tyubingen Universitetinin alimləri yaşı 3500-dən 1500 – dək olan  90 Misir mumiyasını qismən bərpa ediblər. Mumiyaları analiz edib və bu nəticəyə gəliblər ki, qədim misirlilər afrikalı deyillər. Bir hissəsi türklər, başqa bir qismi cənubi Avropadan olanlar və indiki İsrailin, İordaniyanın, Suriyanın, Livanın, Gürcüstanın və Abxaziyanın yerləşdiyi məkandandırlar.

Bir qədər əvvəl anoloji təhqiqatı Sürixdəki GENEA genealogik mərkəzin bioloqları aparmışlar. Onlar yalnız bir mumiyadan götürülmüş genetik materialları analiz ediblər. Amma bu məhz Firon Tutanhamonun mumiyası olub. Onun DNA – sını sol çiyninin və sol ayağının sümük parçasından götürüblər.

GENEA mütəxəssisləri də Firon oğlanın genləri ilə müasir avropalıların genlərini müqayisə edib müəyyənləşdiriblər ki, onlar Tutanhamonun qohumlarıdır. Orta hesabla avropa kişilərinin yarısı “tutanhamonlardır”. Bəzi ölkələrdə isə, məsələn Böyük Britaniyada, İspaniyada, Fransada onların nisbəti 60-70 faizə çatır. DNA-nı qaploqruplara bölüb müqayisə aparıblar - burda DNA nəsildən keçir və demək olar ki, dəyişməz görkəmdə olur.

 

Fironun qohumlarının qaploqrupu belədir: R1b1a2

Alimlər onu da qeyd edirlər ki, tutanhamon R1b1a2 avropalı kişilər arasında o qədər yayılıb ki, müasir misirlilərdə buna nadir hallarda rast gəlmək olar. Misirdə bu heç bir faiz tə təşkil etmir.

İsveçrəlilərin və almanların genlərinin tədqiqatı bir daha sübut edir ki, müasir misirlilər kütləvi şəkildə götürəndə fironların aşınmış nəslindən də deyillər. Onları öz hökmdarları ilə heç nə bağlamır. Bunu hətta misir cəmiyyətinin xüsusiyyətləri də təsdiq edir.

Fironlar yerli əhalidən olmayıb...

Alman alimi Şolts deyir: Hesab edirəm ki, misir çarlarının və avropalıların  əcdadları 9500 il əvvəl Qafqazda yaşayıblar. 7 min il əvvəl onların birbaşa əcdadları Avropaya yerləşiblər. Kimlərsə də Misirə gəlib çıxıb və fironluğa yüksəliblər.

Nəticə budur ki, Tutanhamonların əcdadları Qafqaz millətlərindən olanlardır.

Yeri gəlmişkən...

Vaxt gələcək, onlar diriləcəklər. Elə bu məqsədlə də onları mumiyalayıblar və Misir istisinə, rütubətinə baxmayaraq çox yaxşı  qalıblar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...