Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əcdadlarımız döyüşməyib, sevişib...

Yeni DNT tapıntıları 10 000 il əvvəl qarşılaşan əkinçilərlə ovçuların nifrətdən daha çox bir sevgi partlayışı aşadıqlarını ortaya qoyur. Bəşər tarixinin böyük hissəsində atalarımız ovçuluq, balıqçılıq və yabanı qida biçini edərək, əsasən köçəri həyat sürüblər. Təxminən 10 min il əvvəl, Qərbi Asiyada inkişaf etdirilən əkinçilik sürətli şəkildə Avropaya və dünyanın digər regionlarına yayılıb. Antik həyat tərzindəki dəyişikliyə bağlı həmişə bir sual maraqlı olub: "Görəsən ovçularla əkinçilər nə zamansa qarşıdurma yaşayıbmı?" 

"Current" Biologiya jurnalında nəşr olunan yeni DNT tapıntısı bu gün Rumıniya kimi tanınan ərazidə,ocçularla əkinçi cəmiyyətlərin bir-biri ilə qarışaraq yanaşı yaşadıqlarını göstərən və uşaq sahibi olduqlarını sübut edən faktlar təqdim edir. Ancaq bu münasibətlər "ilk baxışdan məhəbbət" kimi inkişaf etməyib.

Tədqiqatçılardan biri, Kembric Universitetindən Andrea Manica "Əkinçilər sürətli inkişaf nəticəsində bölgəyə ani bir köçlə gəliblər"-deyir: "Yüz illər, hətta min və ya iki min il boyunca- əkinçilərin yerli ovçu əhaliylə yanaşı yaşaması ehtimal edilir".

Manicanın rəhbəri Gloria Gonzalez-Fortes və beynəlxalq qrupu Rumıniyadan 8.8-5.4 min il əvvələ tarihixdə dörd qədim insan genomu tapdıqdan sonra bu nəticələrə varıvlar. Bu baxımdan, ilk erkən Avropalıların genlərinin yerləşdiyi İspaniyadakı iki ovçu geni ilə yanaşı, Avropanın müxtəlif bölgələrindən olan digər erkən dövr genlərini da araşdırıblar.

Edinburq Universitetindən olan tədqiqatçı Kilyo Bonsall arxeoloji olaraq yerli ovçularla köç  edən əkinçiləri memarlıq, ölü basdırma adətləri, incəsənət və bəzək əşyaları kimi özünə məxsus maddi mədəniyyətlərə baxaraq ayırd edə bildiklərini deyib.

İki qrup da arxeoloji qazıntılar tapılan ərzaq və insan qalıqlarının kimyəvi analizi ilə müəyyən olunan həyati fəaliyyətlər baxımından fərqliliklər göstərib.

Bonsall "Məsələn, bizim fəaliyyət göstərdiyimiz regionda ovçular ev itlərini mühafizə etsələr də kəndli heyvanları saxlamayıblar və ya canlı heyvan saxlamayıblar. Dulusçuluq da etməyiblər və ölülərini fərqli şəkildə basdırdıblar".

Tapılan dəlillər ovçularla  fermerlərin bərabər münasibətlərdə olduqlarını və uşaq sahibi olmalarını göstərməsi baxımından olduqca əhəmiyyətli bir kəşfdir. Elm insanları bölgənin ağır iqliminin əkinçilərin qidalanmada ovçulardan kömək istəmələrinə səbəb olacağından şübhələnir. Bu da iki fərqli insan qrupunu bir araya gəlməyə istiqamətləndirəcək faktordur.

Tapılan insan sümükləri üzərində aparılan kimyəvi tədqiqatlar, iki mədəniyyətin tamamilə qaynaşdığını, hər birinin qidalanma cədvəlinin geniş olduğunu göstərir. Tədqiqatçılar Cənub-şərqi Avropada yaşayan erkən dövr əkinçilərinin buğda və arpa kimi taxıllar, yaşıl noxud və mərci kimi paxlalı bitkilərdən qidalar hazırladıqlarını bildirir. Həmçinin qoyun, keçi, inək və donuz bəsləyirmişlər.

Əkinçi insanların hamısında laktoza allergiyası olmasına baxmayaraq, bəzi süd məhsullarını sərf edirmişlər. Bundan başqa, ovçular süfrəyə bol miqdarda fındıq, bitki mənşəli qidalar, balıq və qabıqlı dəniz heyvanları da gətirirmişlər. Dunay çayı sahilindəki bəzi ovçular olduqca yaxşı balıqçılar olub.

Qədimdən əkinçilərin ovçuların işlərinə burunlarını soxduqları ehtimal edilirdi.  Ancaq DNT dəlilləri, ən azından bəzi hallarda, iki qrupun böyük mədəni fərqliliklərə sahib olduqlarına baxmayaraq birlikdə yaşadıqlarını göstərir.

Tədqiqatçılar qeyd edir ki, Rumıniyada ovçularla əkinçilər həm mədəniyyətlərini, həm də genlərini bölüşüblər. Tədqiqatçılar gələcəkdə ovçuların təsərrüfat cəmiyyətlərinə inteqrasiyası, yovçularla əkinçi cəmiyyətlərinin qarışığı haqqında daha çox məlumat əldə etməyi ümid edirlər.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...