Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şeytan və cinlər insanların fikirlərini oxuya bilirmi? - Görünməzlər aləmindən

Məhəmməd Peyğəmbər(s):“Şeytan insanın damarlarında onun qanı kimi gəzir”

Görəsən, şeytan və ya cinlər bizlərin fikirlərini oxuya bilirmi? Bu suala cavab vermək üçün öncə qeyd etmək lazımdır ki, şeytan və cinlərin  babası İblis Allah tərəfindən qovulduqdan sonra Qiyamət gününədək insanları Onun yolundan çıxaracağına söz verib(Qurani-Kərim, Əl-Əraf surəsi, 11-18-cı ayələr). 

Məhəmməd Peyğəmbər əleyhissəlamın hədislərindən birində deyilir ki, şeytan insanın damarlarında onun qanı kimi gəzir”(Tirmizi, Rada 17, 1172). Deməli, şeytan və cinlər  bizim daxili siqnallarımızdan xəbərdar ola bilirlər. Onlar bizim fikirlərimizi,  həyəcan və emosiyalarımızı hiss edə və buna uyğun bizə qarşı tələlər qurmağı bacarırlar. Və şeytan üçün  dil maneəsi yoxdur. Çünki o, insanın daxili siqnalları əsasında onun hiss və fikirlərinin məna və mahiyyətini anlayır.     Peyğəmbərin(s) digər hədisinə görə, hər bir insanı öz istədiyi kimi yönləndirməyə çalışan  xüsusi şeytan var. Allahın Rəsulu(s) deyir ki, mənim də şeytanım var idi, ancaq o, mənə təslim olmağa məcbur oldu.(Tirmizi, Rada 17; Musnad III, 309). Onu  dəqiq bilmək lazımdır ki, kainatda hər canlı və cansız, görünən və görünməyən hər şey üzərində olduğu kimi, insanın  da üzərində əsl hakim Allahdır. Və bu dünyada hər şey yalnız  Uca Yaradanın qanunlarıyla mövcuddur, hərəkət edir və baş verir. Odur ki, Allahın Quranda buyurduğu əmrlərinə uyğun yaşayan insana şeytan və cinlərin heç bir təsiri kar etməz.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...