Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Xoşbəxtlik hormonunun aşağı düşməsi insanı nevroz edə bilər" - HƏKİM RƏYİ

“Əmək fəaliyyətinin aşağı düşməsi, yorğunluq, həyəcan, iştahasızlıq, yuxusuzluq kimi əlamətlər varsa, nevroz barədə düşünmək olar”.

Bunu Metbuat.az-a açıqlamasında nevroloq Jalə Qarayeva deyib: “Bəzən hər əsəbi insanı nevroz adlandırırlar, təbii ki, hər əsəbi nevroz deyil. Sadalayacağım əlamətlər olarsa, xəstəlikdən söz gedə bilər. Yorğunluq, həyat keyfiyyətinin aşağı düşməsi, halsızlıq, həyəcan, narahatçılıq, qorxu, fobiyaların yaranması, yuxu pozulmaları, iştahanın pozulması, vegetativ dəyişikliklər, tərləmə, güclü ürək döyüntüləri, tez-tez baş ağrıları, orqanizmin müxtəlif nahiyələrində ağrılar, patoloji səliqəlilik və s. əlamətlərin bir neçəsi insanda olarsa, artıq nevroz barədə düşünürük. Nevrotik pozuntulardan əziyyət çəkən xəstələrdə adətən beyində və bədəndə hər hansı orqanik səbəb tapılmır, onlar bütün labarator və instrumental müayinələrdən normal keçir”.

Nevrozlara səbəb nədir?

Həkim Jalə Qrayeva deyib ki, pasiyentin keçirdiyi psixoloji travmalarlar, yaxınını itirməsi, zahılıq dövrü, evlilikdəki problemlər, ayrılıqlar nevroza səbəb ola bilər. Həmçinin, işsizlik, maddi sıxıntılar, irsi keçən nevrotik pozuntular da səbəblər arasındadır.

"Bütün səbəblərin kökündə bioloji səbəb durur. Nevrotik pozuntular zamanı beyində “serotonin” adlı maddənin səviyyəsi aşağı düşür. Biz müəyyən dərmanlar verərək həmin maddənin səviyyəsini qaldırmağa nail oluruq. Məhz “serotonin” hormonunun (xoşbəxtlik hormonu) aşağı düşməsi sadaladığımız əlamətləri verə bilər”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...