Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Fahişə kraliçanın sarayda dəhşətli İNTİM OYUNLARI - başlarına oyun açılan kişilər... - FOTOLAR

Orta Əsrlərin qəddar idarəçiliyi, çirkli əməlləri tarixdə bir çox qaranlıq məqamların qalması ilə nəticələnib. Amma istənilən halda tarixçilər, bəzən zaman özü bu qaranlığa işıq tutmağı bacarıb. Odur ki, bir zamanlar müəmmalı qalmış, açılmamış hadisələr sonralar bütün incəliklərinə qədər əlçatan olub.

Mynews.az Publika.az-a istinadən 1343-1382-ci illərdə Neapolun hökmdarı olmuş neopolitanlı Covannanın sarayında baş verənləri diqqətinizə çatdırır:

Qadın hakimiyyəti

Neapol İtaliyanın cənubunda yerləşən, tərkibinə Kalabriya, Apuliya, Abrutsi, Bazilikat və digər iri şəhərləri birləşdirmiş bir dövlət idi. Orta Əsrlərdə bu dövlət heç vaxt böyük və qüdrətli olmayıb, amma o zamankı Fransa ilə müqayisə olunacaq nisbətdə idi. Covanna bu ölkənin taxt-tacına 15 yaşında – babası Müdrik Robertdən sonra çıxıb. Onun atası və əmisi gənc yaşda dünyasını dəyişdiyi üçün taxta qız övladının çıxmasından başqa çarə qalmayıb. Xalq müdrik hökmdarın nəvəsinin də ədalətli olacağını gözləyirdi, amma əksi oldu. Aravuran, rəqiblərini zəhərləməklə aradan götürən xalalarının təsiri altında qalan Covanna sarayı tezliklə böyük bir fahişəxanaya çevirdi. Halbuki Covanna özünü rəssamlara həmişə qapalı paltarlarda, bir əlində İncil, sinəsində böyük xaçla çəkdirməyi sevirdi. Bəlkə də bu yolla gələcək insanların düşüncələrini dəyişmək istəyirdi, amma tarixi azdırmaq müşküldür. Qapalı paltarların altında baş verən əxlaqsızlıq daha çox olar. Sonrakı dövrlərdə İtaliya tarixində belə bir hökmdarın olmasını bir rəzalət kimi qələmə verirdilər. Hələ uşaq yaşlarından əxlaqı pozulmuş Covanna sarayda ağlagəlməz biabırçılıqlara şərait yaradırdı.

Narazı xalqı susdurmaq üçün Covannanı tezliklə ərə verirlər. Macar Andrey adlı bu gənc elə ilk gecədən iç üzünü göstərir və sadəcə kraliçanın həyat yoldaşı rolunu oynamaq istəmir. Covanna ilk başlarda onun bu üzlülüyünə dözsə də səbri çox davam gətirmir. Tezliklə ərini öldürmək fikrinə düşür. Əvvəlcə dostu hersoq Duratso ilə qayınanasını imalə yolu ilə zəhərləyir. Sonra isə növbə Andreyə çatır. Amma onu zəhərləmək mümkün deyildi. Deyilənə görə, şahzadənin barmağında xüsusi daşlı bir üzük varmış ki, sahibini hər cür zəhərlənmədən qoruyurmuş. Ona görə də müttəfiqlər əlavə adamlar da tutub gecəylə Andreyə hücum edirlər. Həm də Covannanın öz əli ilə hazırladığı lentlə onu boğurlar. Belə bildirilir ki, Andrey arvadından bir gün soruşanda ki, hər gün bu nə lentdi hazırlayırsan, qadın gizlətmədən belə cavab verir: “Səni asmaq üçün!” Şahzadə güman ki, bunu ciddiyə almır, yoxsa asanlıqla yataq otağına girən qatillərə qapı açmazdı. Andreyi əvvəlcə yalın əllə boğmaq istəyən qatilləri güclü və cavan şahzadə zərərsizləşdirə bilir, amma özü də yaralanır. Vəhşicəsinə hücumdan onun saçlarının bir hissəsi dərisiqarışıq qopur. Yaralı halda dəhlizə çıxıb kömək üçün bağıran şahzadənin köməyinə qorxusundan heç kim gələ bilmir. Yalnız onun dayəsi İzoldadan başqa, amma yaşlı qadının da aqibəti ürəkaçan olmur. Yaralı Andreyi isə eyvana sürüyə-sürüyə çıxarıb arvadının düzəltdiyi lentlə boğaraq, həyətə tullayırlar. Heç nə olmamış kimi evlərinə dağılışırlar, amma hiyləgər kraliçanın nə edəcəyi ağıllarına da gəlmir.

Aldadılmış müttəfiqlər

Qatillərə rəhbərlik etmiş hersoq Duratso şahzadənin meyitinə üç gün heç kimi yaxın durmağa qoymur: ələ salır, meyitin iylənməsinə şərait yaradır. Sonra şahzadənin nəşi Neopolitan kilsəsinə aparılaraq dəfn ediləndə Duratso çıxış edərək dövlət adamını qətl edənlərə ölüm hökmünün verilməsini tələb edir. Lakin xalqın gözü tərəzidir – prinsipi burada da keçərli olur. Duratso və kraliçaya heç kim inanmır: xalq sarayı dövrəyə alaraq “Xainlərə və fahişə kraliçaya ölüm!” deyə tələb edir.

Covanna isə buna əhəmiyyət vermədən onunla əlbir olanları aradan götürmək məşğul idi. Elə yataq otağındaca qətlə görə əlmuzdunu almağa gəlmiş müttəfiqlərini tutduraraq onları şəhər meydanında şaqqalatdırır. Guya sevimli ərini öldürən adamları belə cəzalandırmaqla ürəyi soyumur və onların övladlarını da öldürtdürür. Həm də daha qəddar üsulla - ətlərini hələ sağ ikən tikə-tikə bədənindən kəsib tonqalda yandırır. O zamanın salnaməçiləri yazırdılar ki, bütün şəhəri yanıq ət iyi bürümüşdü. Əlbəttə ki, bu vəhşət dolu qətl Duratsonun başının altından çıxmışdı. Kraliça ona çox güvənirdi. Amma hersoq kraliçaya boş yerə yardım etmirdi. Onun da niyyəti Covanna ilə evlənib hakimiyyəti ələ almaq idi. Amma bu, niyyətlə deyil, qadın ürəyinin nə istəməyi ilə bağlıdır. Covanna öz dostuna deyil, Taronto knyazı Lüdovikə aşiq olur və ona tezliklə ərə gedir. Duratsonun isə aqibəti bu knyaz vasitəsilə həll olunur.

Taleyüklü eyvan

Qətlin detallarından xəbərdar olan knyaz Lüdovikin əmri ilə şahzadə Andreyin boğulduğu yerdə, elə həmin lentlə də qətlə yetirilir. Eynilə eyvandan bayıra atılır və onun da meyiti üç gün ortalıqda qalıb iylənir. Bu, həm də arvadı Covannaya bir xəbərdarlıq idi. Bu ərindən ehtiyat edən kraliça onun 1362-ci ildə ölümündən sonra rahat ayaq açır. Yenidən xalqa zülm verir, vergiləri artırır, sarayda əxlaqsızlıq baş qaldırır... Amma kraliça daha 2 dəfə ərə getməyə macal tapır. Heç bir ərindən uşağı olmayan kraliça öz qohumunu övladlığa götürür və özündən sonra hakimiyyəti ona vəsiyyət edir. Lakin fələk onun saydıqları ilə razılaşmır. Bu günə qədərki qəddarlığı öz başında çatlayır. Belə ki, kraliçanın sonuncu əri ilə yanaşı, həm də heç kəsdən gizlətmədiyi cavan sevgilisi Karl hakimiyyətə göz dikir. Covannanın ona xərclədiyi pullar, sarayda hörmət-izzəti Karlı qane etmir və əvvəlcə xoşluqla vəsiyyətini dəyişməyi sevgilisindən istəyir. Bu, baş tutmadıqda isə məsələnin güc yolu ilə həllinə çalışır. Saraya dəstə ilə hücum çəkib kraliçanı əsir götürür və zorla vəsiyyəti dəyişdirməsini tələb edir. Amma bacarmır, qadın daha iradəli çıxır. Karl çarəni Covannanı öldürməkdə görür, həm də elə həmin eyvanda! 1382-ci ilin mayında kraliça Covannanı eyvana sürükləyib ordaca boğaraq yerə tullayırlar, onun da meyitinə qorxudan heç kim yaxınlaşa bilmir...

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...