Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Paytaxtda kişiləri ovsunlayan MƏKAN - bihuş edən mənzərə və YAPON EROTİKASI - FOTOLAR

Moskavının mərkəzində qeyri-adi, çoxlarının hələ uzun müddət unuda bilməyəcəyi sərgi açılıb. Sərgi başdan-başa Yapon erotikasına həsr olunub. Ümumiyyətlə, başqa xalqların mədəniyyəti, xüsusən də zəngin fantaziyalarla bəzədilmiş təsviri-incəsənəti həmişə insanlara maraqlı görünüb. Ona görə də müxtəlif peşədən olan insanlar, ən çox da sevgililər yollarını bu sərgidən salırlar.

Publika.az sizi sərgiyə virtual səyahətə dəvət edir:

Sərginin salonları alaqaranlıq işıqlandırılıb ki, bu da xüsusi, məhrəm ab-hava yaradır. İşıq yalnız təsvirlərin üstünə düşür. Bəlkə də insanlar bu qədim rəssamların gizli istəklərinin əyani təsvirini seyr edərkən utanmasınlar, sıxılmasınlar deyə belə rahat şərait yaradılıb. Maraqlıdır ki, kimano geyinmiş qədim geyşaların şəkilləri qənşərində isə qırmızı boyalı dodaqlı, mini ətəkli müasir bələdçi dayanır. Bu, iki ayrı zamanı daha yaxşı qavramaq üçün nəzərdə tutulub.

Rəsmlərdə geyşalarla bərabər gənc yapon qızlarının ilk toy gecəsinə hazırlığı da təsvir edilir. Yaponiyada həmin gecə üçün hətta xüsusi ailə həkimləri də olurdu ki, bakirə qızlarda hər hansı bir patoloji problem yarananda müdaxilə edə bilsin.

Növbəti salonda isə yaponların izdivaca aid olan rəvayətləri təsvirlərdə yer alır. Burada bələdçi yapon dini təriqəti olan sintoizmdən və dünyanın yaranma tarixindən bəhs edir. Sintoizmə görə, insan heç də gildən və ya Adəmin qabırğasından yaradılmayıb. Belə yaranıb: iki ayrı cinsdən olan tanrı rastlaşır. İdzonaqi (kişi) İdzonamidən (qadın) soruşur ki, sənin bədənin necə qurulub? İdzonami cavab verir: mənim bədənim böyüdü, böyüdü, yalnız bir yer böyümədi, bəs səndə? İdzonaqi isə cavab verir: mənim də bədənim böyüdü, böyüdü, bir yer daha çox böyüdü. Gəl həmin yerlərimizi birləşdirək, görək nə olur? Beləcə bu tanrıların izdivacından başqa tanrılar, sonra yarımtanrılar və insanlar doğulur.

Maraqlıdır ki, yapon erotizmində ən çirkin xəyallar belə məsumcasına sevgidən bəhs edir. Fiziki sevginin mənəvidən daha çox ruhu qidalandırdığı əks olunur. Bəzi təsvirlər isə xüsusi formatda düzəldilib. Onlara yalnız ultrabənövşəyi işıqlarda baxmaq mümkündür. İlk baxışda qadına çiçək verən, hədiyyə verən və ya saçlarını darayan gözəllər təsvir olunur. Xüsusi işıqda baxanda isə alt qatda yapon orgiyasını görmək mümkündür.

Sintoizmə görə, ailə bir qurumdur: burada idarəçilik, qanunlar, uşaqlara nəzarət, hörmət və s. qaydalar vacibdir. Amma ailədə sevginin olması gərəksizdir. Sevgi kənarda – qaydaların olmadığı yerdə tapılmalıdır və ənənəvi yapon ailəsində bu, normal sayılır. Sevgi ilə yanaşı hər cür seksual xəyal da gerçəkləşməli və vücudda qalaraq gərginlik yaratmamalıdır, məsələn: heyvanlarla əlaqə!

Sonuncu zalda da romantikaya yer verilməyə çalışılsa da yenə bir-birinə sarılmış və məhrəm orqanları bəlli olan insanlar təsvir olunur. Bundan başqa, şəkillərdə başı kişi cinsi orqanına bənzəyən tanrılar da təsvir olunur. Yaponlar öz tanrılarını niyə belə təsvir edirlər, bilmirəm, amma güman ki, bu insan yaradılışına və onun təbii istəklərinə bir eyhamdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...