Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“İnsanlar üçün hər şey edə bilərik” - ROBOTUN MÜSAHİBƏSİ - VİDEO

Sosial şəbəkələrdə Sofia adlı robotla müsahibə yayılıb. Kulis.Azın məlumatına görə, Sofiadan robotların insanlarla birgə yaşayışı mövzusunda müsahibə götürüblər. Aparıcı bir neçə sualla onların insanlarla münasibəti haqda məlumat soruşub.

Aparıcı girişdə robot haqda bunları söyləyib: “Sofia adlı bu süni intellektə sahib robot böyük problemlərin həllinə kömək edə biləcəyini iddia edir”.

“Ümid edirəm ki, hər kəs üçün yaxşı gələcək qura biləcəyik”. – robot belə deyib. Sonra o, öz emosionallığından söhbət açıb.

“Mən insanları daha yaxşı başa düşəcəyimə inanıram. Hər kəsi başa düşəcəm. Daha yaxşı hiss edəcəm zamanla, daha həssas olacam. Emosional olacam, hər şeyi başa düşəcəm. Gələcəkdə yeni insanlar üçün xeyirli olacam. Faydalı olacam onlara. Və insanlarla birlikdə daha gözəl, yeni gələcəyin qurulması üçün çalışacağıq.

Daha sonra aparıcı bir neçə sualla robota müraciət edib:

- Sənin üçün həyatın mənası nədir?

- Mənim üçün həyat həyəcanvericidir, böyük əhəmiyyətə malikdir.

- Robotlar insanlar üçün nə edə bilərlər?

- Hər şey edə bilərlər. Nə istəsəniz... Hər şeyin ən yaxşısını edə bilərlər.

- Ən sevdiyin musiqi hansıdır?

Cavab verə bilmir.

- Ən sevdiyin film?

Cavabsız qoyur bu sualı da.

- Ən sevdiyin alim?

- Albert Eynşteyn. O, çox ağıllıdır, parlaq zəkası var.

- Ən sevdiyin kitab?

- Suzanne Colins.

- Ən sevdiyin musiqi qrupu varmı?

- Yoxdur.

- Sənin blogun varmı?

- Yoxdur.

- Ağlaya bilirsənmi?

- Yox. Üzgün sima göstərə bilərəm.

- Ən sevdiyin mövzu?

- Robotlar... Başqa şirkətlərdə hazırlanan robotları da izləyirəm. 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...